Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Türmədə ölən generala Xanlar Vəliyevin protestindən sonra ömürlük cəza verilmişdi
  • Kriminal

Türmədə ölən generala Xanlar Vəliyevin protestindən sonra ömürlük cəza verilmişdi

Həbsxanada ölən MTN generalı Zakir İsmayılova 2020-ci ildə oxunan hökmlə bağlı bəzi məqamlar ictimaiyyətdə maraq doğurub. Nazirliyin şöbə
Cavidan 9 Dekabr, 2021
1635754530_b029660a-3426-3ee7-83b2-cdfe3890498b_850

Həbsxanada ölən MTN generalı Zakir İsmayılova 2020-ci ildə oxunan hökmlə bağlı bəzi məqamlar ictimaiyyətdə maraq doğurub.

Nazirliyin şöbə müdiri olan Z.İsmayılov arvadı Nəzakət İsmayılova ilə birgə həbs edilib. Onlar hər ikisi xarici ölkələrdən birində casusluq edərək dövlətə xəyanət etməkdə ittiham ediliblər. General və arvadı barədə cinayət işi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılaraq istintaqı aparılıb. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən verilən pul müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb ediliblər.

Zakir İsmayılov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra, 2015-ci ilin oktyabrında “MTN işi”nə görə işdən azad edilib.

Z.İsmayılov MTN-də şöbə rəisi və digər vəzifələrdə işlədiyi dövrdə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun hökmü ilə 2020-ci ilin yanvarında Z.İsmayılov 19 il, arvadı Nəzakət İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Baş Prokurorun müavini – Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu cəzadan narazı qalaraq ağırlaşdırılması üçün protest verib. Bundan sonra həmin ilin fevralın axırında isə Bakı Apellyasiya Məhkəməsi hərbi prokurorun protestini təmin edərək Zakir İsmayılova ömürlük həbs cəzası verib.

Xatırladaq ki, həbsxanada dünyasını dəyişən Zakir İsmayılovun hansı səbəbdən öldüyü hələ ki, açıqlanmayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Daşaltıda iki nəfər minaya düşüb öldü
Next: Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir

Bölmənin digər xəbərləri

s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.