Abşeron rayonunda oğul anasının evini yandırıb.
İyunun 9-u gecə saatlarında baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Azər Tağıyev Masazırda anasının yaşadığı evi yandırıb.
O, daha sonra Xırdalan şəhərinə gedərək, bacısının idarə etdiyi “İnfiniti” markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.
Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.
Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.