Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu vəfat edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
Onun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etdiyi bildirilir.
“Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – açıqlamada deyilir.
Allah rəhmət eləsin!