Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

Zavodda partlayış – Yaralılar var – Yenilənib

Şirvanda zavodda partlayış baş verib. Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, bu gün saat 15
Cavidan 23 Yanvar, 2024

Şirvanda zavodda partlayış baş verib.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz zavodu MMC-də partlayış baş verib.

İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin – 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) zavoddakı partlayışla bağlı məlumat yayıb.

“Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub. 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir”, – məlumatda bildirilib.

Xatırladaq ki, sözügedən zavodda ötən ilin yayında da partlayış baş vermişdi. Həmin vaxt hadisə zamanı bir nəfər ölmüş, bir nəfər isə xəsarət almışdı.

Continue Reading

Previous: Londonda Azərbaycana qarşı növbəti erməni TƏXRİBATI
Next: Putin Türkiyəyə prezident seçkilərindən əvvəl gedə bilər

Bölmənin digər xəbərləri

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Gündəm

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
  • Cəmiyyət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Cəmiyyət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026

Top 7 Xəbər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 1

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 2

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 3

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 4

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 5

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 6

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 7

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8874) Dünya (3183) Gündəm (11096) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 10 Fevral, 2026
  • ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 10 Fevral, 2026
  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
  • Yağıntılar nə vaxt kəsiləcək? 10 Fevral, 2026
  • Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.