![](https://addim.az/wp-content/uploads/2023/12/bc344376-9cb8-380e-9844-3f9fc6b7a231_850.jpg)
Bakının Xətai rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Həsənova Təhminə Bəxtiyar qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .