Bakı-Quba-Rusiya ilə sərhəd avtomobil yolunun 105-ci km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR və “Ford Transit” markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerindəcə ölüb, daha iki nəfər, sərnişinlər – 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Report