[center][img]https://azadmedia.az/uploads/posts/2023-08/1692964038_kremmmm-1.jpg[/img][/center]
“Kremlin “Vaqner”in təsisçisi Yevgeni Priqojinin də həlak olduğu təyyarə qəzası ilə əlaqəli olmasına dair iddialar tamamilə yalandır”.
Bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
“Hazırda bu hadisə və Yevgeni Priqojin də daxil olmaqla təyyarənin sərnişinlərinin faciəvi ölümü ilə bağlı çox sayda spekulyasiya var”, – deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Y.Priqojinin ölümünün təsdiq olunması üçün ekspertiza tələb olunur, lakin hələ ki rəsmi nəticələr yoxdur.
“RİA Novosti”