![](https://addim.az/wp-content/uploads/2023/08/a1b53bfa-5532-33fa-b8c1-f29393884dbe_850.jpg)
Xızı rayonunda polis əməkdaşı yol-nəqliyyat hadisəsində ağır yaralanıb.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmməd Rafael oğlu Kərimov ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.