Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 755)
  • Dünya (3. 150)
  • Gündəm (10. 953)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

Bakıda hindistanlı ilə bağlı hökm – İnternetə girə bilməz

Bakıda Hindistan vətəndaşı “ASAN Viza” sisteminə müdaxilə edərək 27 min manat pul mənimsəyib. 47 yaşlı Vişal Dansinqhanin 1000-dən
Cavidan 30 May, 2023

Bakıda Hindistan vətəndaşı “ASAN Viza” sisteminə müdaxilə edərək 27 min manat pul mənimsəyib.

47 yaşlı Vişal Dansinqhanin 1000-dən çox Hindistan və Pakistan vətəndaşı ilə bağlı onlayn sistemə saxta məlumatlar daxil edib.

Araşdırmalar zamanı məlum olub ki, o, başqa şəxslərə dair məlumatları autentik (həqiqi) kompüter məlumatları kimi istifadə etmək məqsədilə “ASAN Viza” sisteminin informasiya ehtiyatında kompüter məlumatlarını dəyişdirib. Belə ki, Azərbaycana səfər edən əcnəbilərin viza alması üçün verdiyi məlumatları “evisa.gov.az” veb ünvanına daxil olaraq “Düzəliş et” funksiyasından istifadə etməklə başqa şəxslərə dair məlumatlarla əvəz edib. O, əcnəbilər barədə maxinasiyalar etməklə sistemdə olan ilkin məlumatların autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olub.

Vişal Dansinqhanin barəsində Cinayət Məcəlləsinin 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) maddəsi ilə cinayət işi başlanıb. O, ifadəsində 2019-cu ilin sonlarında Azərbaycanda turizm şirkəti təsis etdiyini bildirib: “2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar yollar bağlandığına görə şirkət fəaliyyət göstərə bilmədi. Şirkətə rəhbərlik etdiyim zaman vizaların əldə olunması və turistlərin yerləşdirilməsi ilə bağlı müəyyən təcrübə qazanmışdım. 2022-ci ilin martında “Salam Namaste” adlı restorana Pakistandan olan Anjum adlı əcnəbi nahar etmək üçün gəldi. Özünü biznesmen kimi təqdim edərək Azərbaycanda müxtəlif turizm şirkətlərində tanışlarının işlədiyini bildirdi. İstənilən xarici ölkə vətəndaşları üçün dövlət rüsumundan daha ucuz “ASAN Viza” təşkil edə biləcəyini qeyd etdi. 26 dollarlıq rüsumu 22 dollara hazırlaya biləcəyini dedi. Martda Anjum təxminən 1000 ədəd vizanı hər biri 22 yox, hətta 19 dollardan verdi. Daha sonra 8 nəfər, 58 nəfər və 22 nəfər olmaqla əcnəbilərə viza aldıq”.

Nərimanov Rayon Məhkəməsi işi araşdırdıqdan sonra Vişal Dansinqhaninə hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs 9 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bundan başqa Vişala 2 il müddətə internetə daxil olmaq qadağan edilib. Ondan 27 208 manat tutularaq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilməsinə dair qərar çıxarılıb.

“Qafqazinfo”

Continue Reading

Previous: İsrail Prezidentindən Azərbaycan dilində paylaşım – Foto
Next: İshak Hersoqun qarşılanma mərasimindən – Video

Bölmənin digər xəbərləri

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”
  • Cəmiyyət

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

27 Yanvar, 2026
ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi
  • Dünya

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

27 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB
  • Gündəm

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026

Top 7 Xəbər

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika 1

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika

27 Yanvar, 2026
“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 2

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

27 Yanvar, 2026
ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 3

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

27 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 4

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026
Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 5

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 6

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

27 Yanvar, 2026
Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 7

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 755)
  • Dünya (3. 150)
  • Gündəm (10. 953)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8755) Dünya (3150) Gündəm (10953) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika 27 Yanvar, 2026
  • “5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 27 Yanvar, 2026
  • ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 27 Yanvar, 2026
  • Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 27 Yanvar, 2026
  • Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.