Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • “Dedi ki, onu öldürdüm, məni polisə təslim et” – Rəşad Dağlının qardaşı
  • Gündəm
  • Kriminal

“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” – Rəşad Dağlının qardaşı

Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla
Cavidan 19 May, 2023
resaddagli1_copy (1)

Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib. O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib: “İsgəndəri Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, Rəşad dedi ki, fikir vermə. Ondan sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı.

Hadisə günü gecə saat 4-də Rəşad mənə zəng vurdu. Küçəyə çağırdı, dedi ki, evdən gödəkçəmi gətir. Rəşad nazik geyinmişdi, mən evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu açmadı. Haradasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Dedi İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum ki, niyə öldürdün, dedi heç nə bilmirəm, bir də baxdım ki, İsgəndər qan içindədir.

Rəşad heç vaxt üstündə bıçaq gəzdirməzdi. Hətta mənə deyirdi ki, Yasamal uşağısan, birdən üstündə bıçaq gəzdirərsən”.

Prosesdə ifadə verən digər şahid Yaşar Abdullayev isə bildirib ki, Rəşad Dağlı bıçağı onun mağazasından alıb: “Hadisə günü gecə Rəşad mağazaya gəldi. Mən mağazada olmamışam, oğlum olub. Gəlib bizim mağazadan suvenir bıçağı alıb gedib. Səhər eşitdim ki, Rəşad qətl törədib”.
Prosesdə daha iki şahid dindirilməli olsa da, onlar məhkəməyə gəlməyib. Məlum olub ki, onlardan biri hərbi xidmətdədir. Rəşad Dağlının vəkili Elvin Əliyev həmin şahidlərin dindirilməsinin vacib olduğunu vurğulayıb.

Proses iyunun 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda məhkəmə prosesi davam edir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Sülh istəyirsə, niyə 100 milyonlarla dollarlıq silah alır?!”
Next: Nazirlikdən BVF-nin Bakı ofisinin bağlanması ilə bağlı açıqlama

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 093031
  • Kriminal

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-14 175349
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 746)
  • Dünya (3. 454)
  • Gündəm (11. 950)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Screenshot 2026-07-15 111757 1
  • Cəmiyyət

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

15 İyul, 2026
İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb Screenshot 2026-07-15 110742 2
  • Cəmiyyət

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

15 İyul, 2026
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-15 104120 3
  • Kateqoriyasızlar

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

15 İyul, 2026
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib Screenshot 2026-07-15 100714 4
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

15 İyul, 2026
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır Screenshot 2026-07-15 094843 5
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9746) Dünya (3454) Gündəm (11950) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.