Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür
  • Gündəm
  • Kriminal

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür

Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür. 2020-ci il oktyabrın 28-də saat 13
Cavidan 28 Oktyabr, 2021
1635365717.berde-1635365476 (1)

Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, bundan bir gün əvvəl – oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub.

Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində – 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Ermənistan silahlı qüvvələri Vətən müharibəsi zamanı Bərdə ilə yanaşı, Azərbaycanın digər yaşayış məntəqələrini də atəşə tutub. 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhəri raket atəşinə tutulub, 26 mülki şəxs (1 körpə, 5 uşaq, 10 qadın, 10 kişi) həlak olub, 175 nəfər yaralanıb.

Düşmənin təcavüzkar hücumları nəticəsində Goranboy rayonunda 8 mülki şəxs (2 uşaq, 5 qadın, 1 kişi) həlak olub, 12 nəfər yaralanıb, Tərtər rayonunda 17 nəfər (1 uşaq, 1 qadın, 15 kişi) həlak olub, 59 nəfər yaralanıb, Beyləqan rayonunda 2 nəfər (2 qadın) həlak olub, 5 nəfər yaralanıb, Ağcabədi rayonunda 1 nəfər (uşaq) həlak olub, 19 nəfər yaralanıb, Füzuli rayonunda 3 nəfər (3 kişi) həlak olub, 18 nəfər yaralanıb, Ağdam rayonunda 7 nəfər (1 qadın, 6 kişi) həlak olub, 47 nəfər yaralanıb, Mingəçevir şəhərində 4 nəfər, Daşkəsən rayonunda 1 nəfər, Cəbrayıl rayonunda 1 nəfər, Tovuz rayonunda da 1 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1-i körpə, 11-i uşaq, 27-si qadın, 54-ü kişi olmaqla, ümumilikdə 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Yaralananların 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 303-ü kişidir.

Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərinə qadağan olunmuş silahlarla hücum edərək beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozub, dinc insanları məqsədli şəkildə öldürüb, bununla da, müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib.

Bu cinayətlərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi”
Next: Azərbaycanda həbsə düşən generallar… – Fotolar

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 094347
  • Kriminal

Axtarışda olan 83 nəfər saxlanılıb

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 091708
  • Kriminal

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-10 151047
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 719)
  • Dünya (3. 452)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Dünya bazarlarında neft ucuzlaşıb Screenshot 2026-07-11 102652 1
  • Cəmiyyət

Dünya bazarlarında neft ucuzlaşıb

11 İyul, 2026
Axtarışda olan 83 nəfər saxlanılıb Screenshot 2026-07-11 094347 2
  • Kriminal

Axtarışda olan 83 nəfər saxlanılıb

11 İyul, 2026
Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb Screenshot 2026-07-11 091708 3
  • Kriminal

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

11 İyul, 2026
Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-10 174521 4
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

10 İyul, 2026
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub Screenshot 2026-07-10 172427 5
  • Dünya

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9719) Dünya (3452) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.