Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.
Radisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri – 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Report”