Skip to content
4 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 367)
  • Dünya (3. 349)
  • Gündəm (11. 708)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (488)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Həbsdə olan general müavini ilə əlbəyaxa olub?

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müavini, MTN polkovniki Yasin Məmmədovla dava etməsinə, bir-birlərinə xəsarət
Cavidan 10 Yanvar, 2023

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müavini, MTN polkovniki Yasin Məmmədovla dava etməsinə, bir-birlərinə xəsarət yetirmələrinə dair iddialar yayılıb.

İddialarda onların məhkəməyə gətirilən zaman dalaşdığı qeyd olunub. Onların dünən keçirilməli olan məhkəmə prosesi yollardakı vəziyyətlə əlaqədar təxirə salınıb. Bildirilib ki, Bakı İstintaq Təcridxanasından müttəhimlərin məhkəməyə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlər isə sabiq MTN-çilərin məhkəməyə gətirildiyini, lakin etap maşınında dalaşdıqları üçün prosesin təxirə salındığını iddia ediblər. İddialara görə, onlar əlbəyaxa olub, bir-birilərinin sifət nahiyələrinə xəsarət yetiriblər. Sifətlərində xəsarət izləri qaldığı üçün məhkəməyə çıxarılmayıblar.

İddialarla bağlı Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, iddialar tamamilə yalandır. O, müttəhimlərin ümumiyyətlə təcridxanadan çıxarılmadığını qeyd edib: “Bu, Mövlam Şıxəliyev haqqında növbəti yalan məlumatdır. Belə bir hadisə yaşanmayıb. Onlar dünən, ümumiyyətlə, təcridxanadan çıxmayıblar. Mövlam Şıxəliyev və Yasin Məmmədov günahsız olduqlarını sübuta yetirmək üçün aydın və vahid müdafiələrini qurublar. Onlara qarşı edilən haqsızlıqla hüquqi müstəvidə mübarizə aparırlar. Düşünürəm ki, bu cür iddialar cəmiyyətin fikrini hadisənin əsas mahiyyətindən yayındırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay, V.Ələkbərov 12 il 6 ay, S.Ələkbərov 8 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan MTN-çilər apellyasiya şikayəti veriblər.

Continue Reading

Previous: Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü – 3 nəfər öldü
Next: Bakı metrosunda sərnişin öldü

Bölmənin digər xəbərləri

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
  • Kriminal

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
  • Gündəm

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı
  • Kriminal

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026

Top 7 Xəbər

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib 1

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026
Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb 2

Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

4 May, 2026
Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib 3

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

4 May, 2026
Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM 4

Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM

4 May, 2026
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ 5

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

4 May, 2026
Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib 6

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

4 May, 2026
İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb 7

İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb

4 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 367)
  • Dünya (3. 349)
  • Gündəm (11. 708)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (488)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9367) Dünya (3349) Gündəm (11708) Kateqoriyasızlar (488) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib 4 May, 2026
  • Prezidentin sosial şəbəkə hesablarında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb 4 May, 2026
  • Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib 4 May, 2026
  • Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM 4 May, 2026
  • İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ 4 May, 2026
© Addim.az | MoreNews by AF themes.