Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 753)
  • Dünya (3. 149)
  • Gündəm (10. 949)
  • İdman (611)
  • İqtisadiyyat (562)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

“500 manat verməsən, oğlun öləcək”

Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində
Cavidan 27 Dekabr, 2022

Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına Lamiyə Qalimova çıxarılıb.

Məlum olub ki, 21 yaşlı Lamiyə instaqramda səhifə açaraq özünü falçı kimi təqdim edib. O, bu məqsədlə bir neçə qadına qarşı dələduzluq edib.

Qadınların “falçı”ya müraciət etməsinin əsəs səbəbi həyat yoldaşları ilə bağlı olub.

Məsələn, qadınlardan biri həyat yoldaşı ilə küskünlüyü aradan qaldırmaq üçün Lamiyəyə 970 manat ödəniş edib. Lamiyə bu məbləğin qarşılığında qadına rəngli şamlar göndərərək onu gecə saat 00:00-da yandırmasını və ona təqdim etdiyi duaları oxumasını istəyib. Lakin bu vasitələrin heç biri qadının əri ilə arasında olan küskünlüyün bitməsinə səbəb olmayıb və o, Lamiyə tərəfindən aldadıldığını başa düşüb.

Lamiyə eyni üsulla başqa bir qadına rəngli şamları hətta 1700 manata satıb.

Başqa bir qadın isə Lamiyəyə fala baxmaq üçün müraciət edib. 21 yaşlı qız fala baxan zaman qadına ailə, şəxsi və iş həyatında böyük problemlərlə

üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq qaldığını bildirib.

Lamiyə həmçinin ona 500 manat pul verməsə, bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirib. O, Lamiyədən ona necə köməklik edə biləcəyini soruşduqda isə, “falçı” ona şamlar alıb “magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını deyib.

Qadın 500 manatı taparaq Lamiyəyə göndərib. Bundan bir gün sonra  verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib. Lamiyə ona oğlunun ölümünə 1 ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirib. Bu məqsədlə “falçı” qadından daha 700 manat alıb və sonradan telefonlara cavab verməyib.

Dələduzluğa məruz qalanlar çox keçmədən aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hakim qərar qəbul edərkən zərərçəkmişlərdən ikisinə dəymiş ziyanın ödənilməsini, eyni zamanda Lamiyənin cavanlığını nəzərə alıb. Qərara əsasən, o, 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

“Qafqazinfo”

Continue Reading

Previous: Metronun bu stansiyaları ilə bağlı MÜHÜM AÇIQLAMA
Next: Azərbaycanlı “qanuni oğru”nu öldürən Mətləbə ağır cəza

Bölmənin digər xəbərləri

Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq
  • Gündəm

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb
  • Cəmiyyət

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026

Top 7 Xəbər

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 1

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb 2

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 3

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb 4

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 5

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026
Sumqayıtda maşın təmiri sexi yanır 6

Sumqayıtda maşın təmiri sexi yanır

26 Yanvar, 2026
Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib 7

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 753)
  • Dünya (3. 149)
  • Gündəm (10. 949)
  • İdman (611)
  • İqtisadiyyat (562)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8753) Dünya (3149) Gündəm (10949) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2928) Texnologiya (14) İdman (611) İqtisadiyyat (562)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 27 Yanvar, 2026
  • Azərbaycan nefti ucuzlaşıb 27 Yanvar, 2026
  • Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 27 Yanvar, 2026
  • Məktəblərdə qış tətili başlayıb 27 Yanvar, 2026
  • ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.