Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • “Qızımın başına silah dayayıb” – İntihar edən 18 yaşlı qızın anası
  • Gündəm
  • Kriminal

“Qızımın başına silah dayayıb” – İntihar edən 18 yaşlı qızın anası

“Mənim qızım günahsız bir mələk idi. Qızımın intihar edərkən 5 aylıq hamilə olması barədə məlumatlar həqiqətə uyğun deyil”.
Cavidan 12 Dekabr, 2022
317127315_9531295563562567_858882868374163663_n

“Mənim qızım günahsız bir mələk idi. Qızımın intihar edərkən 5 aylıq hamilə olması barədə məlumatlar həqiqətə uyğun deyil”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl özünü Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən binadan ataraq intihar edən 18 yaşlı Rüqayə Hüseynovanın anası Sevinc Cabbarova deyib.

O, qızının intiharında Masallıda yaşayan, evli və 3 uşaq atası olan Rasim adlı şəxsi (Yazıda adı keçən qarşı tərəflə əlaqə saxlaya bilmədiyimiz üçün adını şərti təqdim edirik) ittiham edib: “Həmin adam 11 ay qızımın arxasıyca düşüb, onu sevdiyini deyərək qəlbinə girib. Amma aralarında heç nə olmayıb. Bunu ekspertiza rəyi də təsdiq edəcək. İlkin müayinə zamanı da bizə bildirildi ki, qızımın heç kimlə münasibəti olmayıb və bakirə olub. Dırnağına qədər uşağım ekspertizadan keçirilib. Tər-təmiz məsum bir bala idi. Onun haqqında belə bir şayiənin yayılması düzgün deyil!”

S.Cabbarova əlavə edib ki, hadisədən əvvəl bir neçə dəfə, eləcə də intiharın baş verdiyi gün Rasim qızı Rüqayəni döyüb: “Həmin şəxs qızıma deyib ki, 30 yaşı var, subaydır, sonra isə evli olduğunu etiraf edib. Həmin adamın 2 həyat yoldaşı, 3 uşağı var, həqiqətdə isə 1985-ci il təvəllüdlüdür. Onun çoxlu cinayətləri olub, hətta 1 ailəni maşınla vurub, ailənin bütün üzvləri rəhmətə gedib. Onun bu hala saldığı tək Rüqayə deyil. Rüqəya 7-ci qızdır ki, onun ucbatından bu haldadır. Hətta Rasim bir gün qızıma bir şəkil atıb. Şəkildə bir qızın başdaşını qucaqlamış vəziyyətdə olub. Qızıma yazıb ki, bax bu qız mənim sevgilim olub, mənə görə intihar edib. Masallıda neçə-neçə obyektləri var, qızıma yalan vədlər verib və axırıncı gün deyib ki, ayrılaq, mən ailəmi sevirəm. Rüqəya da deyib, “məni aldatdın, niyə məni özünə bağladın?” O da deyib ki, “Məni sevirsənsə, get özünü öldür”.

R.Hüseynovanın anası əlavə edib ki, qızını sevdiyini bildirən şəxs onu dəfələrlə döyüb: “Hətta başına silah dayayaraq dəfələrlə ölümlə hədələyib. Qızımın telefonu polisdədir, dediyim bütün faktlar həmin telefonda var”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Rüqayə Hüseynovanın hər hansı zorakılığa məruz qalması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olmayıb.

Qeyd edək ki, intihar hadisəsi dekabrın 5-i gecə saat 23 radələrində baş verib. 2004-cü il təvəllüdlü R.Hüseynova özünü yaşadığı 4-cü mərtəbədən ataraq həyatına son qoyub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şuşadakı etirazçıların çadırlarına işıq da çəkildi – Fotolar
Next: Bəzi ərzaq məhsullarının qiyməti bahalaşdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-30 115604
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 110846
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 102536
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 665)
  • Dünya (3. 430)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 2
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür sabina_aliyeva_200121 3
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

30 İyun, 2026
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib Screenshot 2026-06-30 124216 4
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

30 İyun, 2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 5
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9665) Dünya (3430) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.