Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • “Tərtər işi” ilə bağlı 10 nəfər azadlığa buraxılıb
  • Kriminal

“Tərtər işi” ilə bağlı 10 nəfər azadlığa buraxılıb

“Tərtər işi” ilə bağlı 10 nəfər azadlığa buraxılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki,
Cavidan 6 Dekabr, 2022
b1b97916-79bd-3bb8-b193-10718a405166_850

“Tərtər işi” ilə bağlı 10 nəfər azadlığa buraxılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıb.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

“Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Xankəndi-Gorus yolundakı vəziyyət erməniləri təşvişə saldı – Vardanyan çağırış etdi
Next: Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

Bölmənin digər xəbərləri

s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 665)
  • Dünya (3. 430)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 2
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür sabina_aliyeva_200121 3
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

30 İyun, 2026
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib Screenshot 2026-06-30 124216 4
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

30 İyun, 2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 5
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9665) Dünya (3430) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.