Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • 52 yaşlı kişi qızının toy günü niyə öldürülüb? – Təfərrüat
  • Kriminal

52 yaşlı kişi qızının toy günü niyə öldürülüb? – Təfərrüat

Bu ilin 29 may tarixində Bərdə rayonunun Mirzəcəfərli kəndində atasını qətlə yetirən 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin məhkəməsi
Cavidan 17 Noyabr, 2022
2 (1)

Bu ilin 29 may tarixində Bərdə rayonunun Mirzəcəfərli kəndində atasını qətlə yetirən 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində K.Fərzəliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürmə, silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə təqsirləndirilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisənin baş verdiyi gün həmin kənddə yerləşən “Muğan Məkan” şadlıq evində Kənan Fərzəliyevin bacısının toyu olub. Toyda o, spirtli içkilər qəbul edərək sərxoş olub. Toy mərasiminin normal gedişinə mane olacağından ehtiyat edən Kənanın dayısı ona yaxınlaşaraq daha içki qəbul etməməsini və dava salmamasını deyib. Lakin gənc oğlan dalaşaraq musiqiçilərə hücum edib və onların əyləşdikləri masanı aşırıb. Bundan sonra atası Bulud Fərzəliyev və dayısı Kənanı dilə tutmağa çalışıb. Kənanın bibisi oğlanları onu zorla şadlıq evindən kənarlaşdırıblar və maşına əyləşdirərək yaşadığı evə gətiriblər. Bu zaman Kənanın köynəyi də cırılıb. Onlar Kənanı evdə otağa salaraq qapını bağlayıblar.

Kənan isə otaqdakı tüfəngi götürüb, daha sonra pəncərəni açaraq həyətə tullanıb və silahla bibisi oğlanlarına tərəf atəş açıb. Tüfəngdən çıxan qırmalar dəmir qapıya dəydiyindən xəsarət alan olmayıb. Bundan sonra Kənanın bibisinin övladları toyun keçirildiyi şadlıq evinə qayıdıblar. Kənan isə evdə qalaraq onu bacısının toyundan çıxaran atası ilə dayısının gəlməsini və uyğun şərait yaranan kimi onları qətlə yetirməyi planlaşdırıb. Saat 21 radələrində Kənanın atası Bulud Fərzəliyev, anası, bacıları və bibisi evə qayıdıblar. O, saat 23 radələrində uyğun şəraitin yarandığını düşünərək gizlətdiyi silahı götürərək atasının olduğu otağa daxil olub və tüfəngi ona tuşlayıb. Bu zaman anası və bibisi də oraya gəliblər və yalvarmağa başlayıblar. Bütün yalvarışlara baxmayaraq, Kənan Fərzəliyev silahı 52 yaşlı atasının ürək nahiyəsinə tuşlayaraq ona atəş açıb. B. Fərzəliyev aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmədə K.Fərzəliyev törətdiyi əməldən peşman olduğunu deyib və əsas məqsədinin dayısını öldürmək olduğunu, onlara gəlmədiyindən acıqlı qaldığı atasından da qisas almaq istədiyini bildirib.

Kənan Fərzəliyevin anası oğlunun gənc olmasını, daha əvvəl məhkum edilməməsini bildirərək onu bağışladığını deyib.

Məhkəməyə təqdim edilən və ərazi üzrə icra nümayəndəliyindən alınmış xasiyyətnamədə isə K.Fərzəliyev yaşadığı ərazi üzrə mənfi xarakterli şəxs kimi göstərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr tarixli hökmü ilə K.Fərzəliyevə 17 il həbs cəzası verilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İranda gənc cütlüklərin bu görüntüləri gündəm oldu
Next: “Taxıl sazişi”nin müddəti uzadıldı

Bölmənin digər xəbərləri

s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 433)
  • Gündəm (11. 923)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Neftin qiyməti 72 dolları ötüb 6a3cb1706cada6a v 1
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

4 İyul, 2026
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib Screenshot 2026-07-04 083132 2
  • Kateqoriyasızlar

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

4 İyul, 2026
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Screenshot_20260703_155046_com_android_chrome_ChromeTabbedActivity 3
  • İdman

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

3 İyul, 2026
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3433) Gündəm (11923) Kateqoriyasızlar (520) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.