Skip to content
9 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Rəşad Dağlının qətl törətməsinin səbəbi məlum oldu
  • Gündəm
  • Kriminal

Rəşad Dağlının qətl törətməsinin səbəbi məlum oldu

Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub. Addim.az Report-a istinadən xəbər verir ki,
Cavidan 11 Noyabr, 2022
401668083734-740x403

Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub.

Addim.az Report-a istinadən xəbər verir ki, istintaq orqanının Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması

Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni, şantaj edib.

Rəşad Dağlı həmin “məsələni aydınlaşdırmaq” üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvanın qarşısına gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.

Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib.

İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib.

Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.

Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib.

Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib.

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vətənə sevgi, düşmənə nifrət hissi aşılayan sənədli filmin təqdimatı oldu
Next: Səmərqənddə TDT liderlərinin şərəfinə rəsmi qəbul təşkil olunub

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-09 130359
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 122615
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 111520
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

Cavidan 9 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 712)
  • Dünya (3. 449)
  • Gündəm (11. 939)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib Screenshot 2026-07-09 143400 1
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

9 İyul, 2026
Sabah 37 dərəcə isti olacaq Screenshot 2026-07-09 130359 2
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

9 İyul, 2026
Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-09 122615 3
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

9 İyul, 2026
“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab Screenshot 2026-07-09 092105 4
  • Cəmiyyət

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab

9 İyul, 2026
Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir?  Screenshot 2026-07-09 111520 5
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

9 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9712) Dünya (3449) Gündəm (11939) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.