Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Qadın şirkətin 423 min dollarını mənimsədi – 100 min dollarını sevgilisinə xərclədi

Bakı Ağır Cinayətlər Məhkəməsində film kimi cinayət işi araşdırma mövzüsudur. İstintaqın qənaətinə görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan
Cavidan 22 Oktyabr, 2022

Bakı Ağır Cinayətlər Məhkəməsində film kimi cinayət işi araşdırma mövzüsudur.

İstintaqın qənaətinə görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov “Avto Tranasyol”un baş direktoru olub. Bu vəzifədə olarkən mühakimə olunub. Bundan sonra o, “Murov TSK” MMC yaradıb. 2018-ci ildə hazırda məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində dayanan Nelli Fabriçnayanı şirkətə işə götürüb.

Bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan Zeynalov işlərin görülməsi üçün kadrlar şöbəsinin müdiri olan Nelli Fabriçnayaya etibarnamə verib.

İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, tenderlərdən əldə olunan pulları orada yerləşdirilən seyfdə saxlayıb. İddia olunur ki, Nelli Fabriçnaya 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Həmin pullardan ümumilikdə 423 min dolları mənimsəyib.

İstintaqa ifadəsində Nelli Fabriçnaya deyib ki, pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O, xadimə və sevgilisinə ümumilikdə 103 min xərclədiyini açıqlayıb.

Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar etdiyindən seyfi onun evinə qoyub. Onun etibarından istifadə edən Nelli Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: “Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi”.

Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu məsələ ilə bağlı yenidən araşdırma aparsın.

İstintaq orqanı tərəfindən Nelli Fabriçnaya Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunub.

Təqsirləndirilən tərəf iddia edir ki, Əfqan Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Nelli Fabriçnayanı şərləyir.

Əfqan Zeynalovun rəhbərlik etdiyi “Murov TSK” şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan sonuncu prosesdə Sevinc Xəlilibadi ifadə verib. O istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirib ki, Nelli Fabriçnayanı, onun yaxın rəfiqəsi Mehriban Atakişiyevaya görə tanıyıb: “Mehriban Nellini mənə xeyirxah, ona mütəmadi maddi dəstək olan şəxs kimi tanıdıb. Mehriban bizə gəldi, dedi ki, yıxılmışam, qolum zədələnib. Həmin vaxt Əfqan Zeyanlov ona zəng etdi. Ünvan verdi, dedi ki, gəl görüşək. Mən də Mehribana qoşularaq Əfqanın yanına getdik. Həmin vaxt Nelli də Əfqanın yanında idi. İlk dəfə Nellini orada görmüşəm”.

Şahid zərərçəkmiş Əfqan Zeynalovun suallarını cavablandırarkən deyib ki, həmin görüş zamanı onların arasında pul mübahisəsi barədə məlumatlı olmayıb və bu məbləği istintaq dövründə eşidib: “Məni Nəsimi rayon Prokurorluğuna çağırdılar. Bununla bağlı Mehribana zəng vurdum, soruşdum ki, məni niyə prokurorluğa çağırırlar, mənim bu işə nə adiyyatım var. Mehriban heç nə demədi. İfadə verməyə getdim. Müstəntiq səsimi özümə dinlətdi. Nelli, Əfqan, Mehribanla birlikdə olanda səsimi yazıblar”.

Şahid deyib ki, Mehribanla həm qonşu, həm də rəfiqə olublar:

“Mehriban çox kasıb yaşayırdı. Teatrda xidimə işləyirdi. Votsapda hər gün qəmli statuslar paylaşırdı. Təxminən 2020-ci ildə Mehribanda yaxşılığa doğru ciddi dəyişikliklər getdi, adamın üzü gülürdü, yaşayış tərzi dəyişmişdi. Ondan bunun səbəbini soruşdum, dedi ki, Allah Nellinin köməyi olsun, bütün bunların hamısı onun sayəsində olub. Mehriban dedi ki, teatrdan başqa bir şirkətə də işə düzəlmişəm. Həmin şirkətin işçisi Nellinin ona köməklik etdiyini, oğlunun xəstəliyi ilə bağlı pul verib, kreditlərini bağladığını deyib. Nelliyə qədər Mehribanın hamıya borcu olub. Sonradan məlum oldu ki, Nellinin Mehribana xərclədiyi pullar şirkətin sahibinin imiş. Mehriban da bundan çox qorxmuşdu, Nelli də pullarını ondan geri istəyirdi. Sonra Əfqan müəllim dedi ki, ortada mənimsənilən pul 50 mindən çoxdur. Mehriban da borc-xərc edib, bu pulu ödədi. Mehribana görə qızıllarımı lombarda qoydum, pul götürdüm. Həmin pulu da Mehribana verdim. 7-8 minlik qızılların bu günə kimi də lombardadır”.Yeni Müsavat

Continue Reading

Previous: “Baku Bus”ın avtobusu marketə girdi – VİDEO
Next: Məzuniyyətə gələn əsgər intihar etdi

Bölmənin digər xəbərləri

İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA
  • Gündəm

İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA

10 Dekabr, 2025
23 nəfəri daşıyan mikroavtobus kanala aşdı
  • Gündəm

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

4 Dekabr, 2025
Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə – 2 il həbs!
  • Kriminal

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə – 2 il həbs!

1 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 1

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 2

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 3

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 4

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 5

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 6

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 7

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8470) Dünya (3046) Gündəm (10590) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.