Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • MİDA-dakı satışa müdaxilələr olub – DTX-də cinayət işi başlandı
  • Kriminal

MİDA-dakı satışa müdaxilələr olub – DTX-də cinayət işi başlandı

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə
Cavidan 15 Sentyabr, 2022
eee

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb. 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanıb.

Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Parlamentin payız sessiyasının ilk komitə iclası keçirildi – YENİLƏNİB
Next: 53 döyüş mövqeyi, xeyli hakim yüksəklik nəzarətə götürülüb

Bölmənin digər xəbərləri

s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 428)
  • Gündəm (11. 909)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb Screenshot 2026-06-30 090132 1
  • Dünya

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

30 İyun, 2026
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 2
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 3
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 4
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 5
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3428) Gündəm (11909) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.