Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • 18 il məhkum edilən Murad həbsdən məktub göndərdi – “Qızlarımı xilas edin”
  • Kriminal

18 il məhkum edilən Murad həbsdən məktub göndərdi – “Qızlarımı xilas edin”

2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla
Cavidan 2 Sentyabr, 2022
mugenni

2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla “Qafqazinfo”ya müraciət edib.

18 il müddətinə həbs cəzasına məhkum edilən M.Şamilov qayınanasının himayəsinə verilmiş azyaşlı qızlarının taleyindən narahat olduğunu bildirib və onların bacısı Sevinc Nurəliyevanın himayəsinə verilməsini xahiş edib.

Məsələ ilə bağlı aidiyyəti məhkəmə instansiyalarına müraciət etdiyini bildirən məhbus azyaşlı övladlarının qayınanasının yanında yaşamasının onların gələcəyi üçün riski olduğunu düşünür: “Mən öz cəzamla razılaşmışam və cəzamı da çəkirəm. Lakin övladlarım bu vəziyyətə görə günahkar deyil. Əvvəlcədən qeyd edim ki, baş vermiş cinayətdə qayınanam Zəminə Məmmədlinin böyük təsiri olub. Qeyri-sağlam həyat tərzi keçirən, müğənni kimi özünü təqdim edən, günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədəki insan alveri əməliyyatından sonra Azərbaycana deportasiya edilib və Türkiyəyə daxil olmasına qadağa qoyulub. O, öz qızını, yəni mənim həyat yoldaşımı narkotik vasitələrə öyrəşdirərək özündən asılı vəziyyətə saldı və özü kimi əyri yola çəkdi, müğənni kimi müxtəlif məclislərə apararaq pul qazanmağa, varlanmağa çalışırdı. Qayınanama məxsus olan müxtəlif pornoqrafik görüntülər də cəmiyyətdə yayılıb. İndi bu qadın mənim 2 körpə qızıma hansı tərbiyəni verəcək, onlara necə dəstək olacaq, qızlarımı necə cəmiyyətə yararlı, savadlı, əqidəli vətəndaş kimi böyüdəcək?!”

Murad Şamilov bildirib ki, oğlu qızlarından böyük olduğuna görə hadisələri dərk edir və illər əvvəl nənəsinin əməllərini gördükdə ona etiraz da edib: “Oğlum anası ilə evdən gedib nənəsigildə qalanda anası ilə nənəsinin etdiyi hərəkətləri görüb, onların həyat tərzini görüb etiraz etmişdi. Bundan sonra qayınanam Zəminə onu evdən qovub və o vaxtdan oğlum bacımın yanında, yəni bibisi Sevincin himayəsində yaşayır. Hadisə baş verdikdən sonra – 2020-ci ilin dekabr ayında Binəqədi Rayon Məhkəməsi işi tez həll etməyə və qarşı tərəfə olan neqativ münasibətinə görə oğlumu bacım Sevincin, qızlarımı isə qayınanam Zəmilənin himayəsinə verdi. Amma bu, məni çox narahat edir. Qızlarımın bir neçə il sonra insan alverinin qurbanı olmayacağına kim zəmanət verə bilər? Öz qızını insan alverinə cəlb edən şəxs, nəvələrinə də bunu etməzmi?”

Həbsxanadan göndərdiyi məktubda Murad Şamilov sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsində qəyyumluqla bağlı məsələyə yenidən baxılacağını bildirib. Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək iclasda qızlarının qayınanasından alınaraq bacısına verilməsinin vacib olduğunu bildirən məhbus dövlət qurumlarından məsələni dərindən araşdırmasını xahiş edib.

İttihamlarla bağlı Murad Şamilovun qayınanası, 2010-cu ildə ANS televiziyasında keçirilən “Toylar kraliçası” mahnı müsabiqəsinin qalibi Zəminə Məmmədli ilə də əlaqə saxladıq. Qadın “Qafqazinfo”ya açıqlamasında keçmiş kürəkəninin dediklərini böhtan adlandırdı: “Məni araşdırın, ömrümdə heç Türkiyədə olmamışam. Murad özü əxlaqsız həyat tərzi sürüb, qızım onu dəfələrlə başqa qadınlarla tutub, bu barədə çoxsaylı fotolar da var. Məhkəmə də, icra qurumları da dəfələrlə mənim evimdə olublar, şəraitimi araşdırıblar və qızım Şəhanənin iki qızını mənim himayəmə veriblər. Sentyabrın 8-də yenə məhkəmə olacaq.

Murad hər yerə mənim haqqımda ağzına gələni yazır, amma onun dediklərinin heç birinə inanmayın. Mən alın açıqlığı ilə müğənnilik edib çörəkpulumu qazanıram. Həyat yoldaşım da, oğlum da musiqiçidir, mənimlə birgə toylara gedirlər. Muradın 3 bacısı boşanıb bir həyətdə yaşayır. Onlar mənim nəvələrimə baxa bilər? O, mənim göz bəbəyim kimi böyütdüyüm qızımı qətlə yetirdi. Əqidəsi olan adam, qızlarının gələcəyini düşünən adam arvadını öldürüb balalarının başını aşağı edərmi?!”

Nizam Rza

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyev İtaliyada beynəlxalq forumda iştirak edir
Next: “Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq” – İlham Əliyev

Bölmənin digər xəbərləri

s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026
1782306181 b
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 092159
  • Kriminal

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.