Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 454)
  • Dünya (3. 044)
  • Gündəm (10. 574)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

18 il məhkum edilən Murad həbsdən məktub göndərdi – “Qızlarımı xilas edin”

2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla
Cavidan 2 Sentyabr, 2022

2020-ci ilin sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən Murad Şamilov həbsxanadan məktubla “Qafqazinfo”ya müraciət edib.

18 il müddətinə həbs cəzasına məhkum edilən M.Şamilov qayınanasının himayəsinə verilmiş azyaşlı qızlarının taleyindən narahat olduğunu bildirib və onların bacısı Sevinc Nurəliyevanın himayəsinə verilməsini xahiş edib.

Məsələ ilə bağlı aidiyyəti məhkəmə instansiyalarına müraciət etdiyini bildirən məhbus azyaşlı övladlarının qayınanasının yanında yaşamasının onların gələcəyi üçün riski olduğunu düşünür: “Mən öz cəzamla razılaşmışam və cəzamı da çəkirəm. Lakin övladlarım bu vəziyyətə görə günahkar deyil. Əvvəlcədən qeyd edim ki, baş vermiş cinayətdə qayınanam Zəminə Məmmədlinin böyük təsiri olub. Qeyri-sağlam həyat tərzi keçirən, müğənni kimi özünü təqdim edən, günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədəki insan alveri əməliyyatından sonra Azərbaycana deportasiya edilib və Türkiyəyə daxil olmasına qadağa qoyulub. O, öz qızını, yəni mənim həyat yoldaşımı narkotik vasitələrə öyrəşdirərək özündən asılı vəziyyətə saldı və özü kimi əyri yola çəkdi, müğənni kimi müxtəlif məclislərə apararaq pul qazanmağa, varlanmağa çalışırdı. Qayınanama məxsus olan müxtəlif pornoqrafik görüntülər də cəmiyyətdə yayılıb. İndi bu qadın mənim 2 körpə qızıma hansı tərbiyəni verəcək, onlara necə dəstək olacaq, qızlarımı necə cəmiyyətə yararlı, savadlı, əqidəli vətəndaş kimi böyüdəcək?!”

Murad Şamilov bildirib ki, oğlu qızlarından böyük olduğuna görə hadisələri dərk edir və illər əvvəl nənəsinin əməllərini gördükdə ona etiraz da edib: “Oğlum anası ilə evdən gedib nənəsigildə qalanda anası ilə nənəsinin etdiyi hərəkətləri görüb, onların həyat tərzini görüb etiraz etmişdi. Bundan sonra qayınanam Zəminə onu evdən qovub və o vaxtdan oğlum bacımın yanında, yəni bibisi Sevincin himayəsində yaşayır. Hadisə baş verdikdən sonra – 2020-ci ilin dekabr ayında Binəqədi Rayon Məhkəməsi işi tez həll etməyə və qarşı tərəfə olan neqativ münasibətinə görə oğlumu bacım Sevincin, qızlarımı isə qayınanam Zəmilənin himayəsinə verdi. Amma bu, məni çox narahat edir. Qızlarımın bir neçə il sonra insan alverinin qurbanı olmayacağına kim zəmanət verə bilər? Öz qızını insan alverinə cəlb edən şəxs, nəvələrinə də bunu etməzmi?”

Həbsxanadan göndərdiyi məktubda Murad Şamilov sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsində qəyyumluqla bağlı məsələyə yenidən baxılacağını bildirib. Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək iclasda qızlarının qayınanasından alınaraq bacısına verilməsinin vacib olduğunu bildirən məhbus dövlət qurumlarından məsələni dərindən araşdırmasını xahiş edib.

İttihamlarla bağlı Murad Şamilovun qayınanası, 2010-cu ildə ANS televiziyasında keçirilən “Toylar kraliçası” mahnı müsabiqəsinin qalibi Zəminə Məmmədli ilə də əlaqə saxladıq. Qadın “Qafqazinfo”ya açıqlamasında keçmiş kürəkəninin dediklərini böhtan adlandırdı: “Məni araşdırın, ömrümdə heç Türkiyədə olmamışam. Murad özü əxlaqsız həyat tərzi sürüb, qızım onu dəfələrlə başqa qadınlarla tutub, bu barədə çoxsaylı fotolar da var. Məhkəmə də, icra qurumları da dəfələrlə mənim evimdə olublar, şəraitimi araşdırıblar və qızım Şəhanənin iki qızını mənim himayəmə veriblər. Sentyabrın 8-də yenə məhkəmə olacaq.

Murad hər yerə mənim haqqımda ağzına gələni yazır, amma onun dediklərinin heç birinə inanmayın. Mən alın açıqlığı ilə müğənnilik edib çörəkpulumu qazanıram. Həyat yoldaşım da, oğlum da musiqiçidir, mənimlə birgə toylara gedirlər. Muradın 3 bacısı boşanıb bir həyətdə yaşayır. Onlar mənim nəvələrimə baxa bilər? O, mənim göz bəbəyim kimi böyütdüyüm qızımı qətlə yetirdi. Əqidəsi olan adam, qızlarının gələcəyini düşünən adam arvadını öldürüb balalarının başını aşağı edərmi?!”

Nizam Rza

Continue Reading

Previous: “Tərtər işi” ilə bağlı Müdafiə Nazirliyinin generalı SAXLANILDI
Next: SON DƏQİQƏ! Bakıda qazi boğazını KƏSDİ

Bölmənin digər xəbərləri

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı
  • Gündəm

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

4 Dekabr, 2025
Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə – 2 il həbs!
  • Kriminal

Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə – 2 il həbs!

1 Dekabr, 2025
Mahmud Abbas Roma Papası ilə görüşdü
  • Kriminal

Mahmud Abbas Roma Papası ilə görüşdü

6 Noyabr, 2025

Top 7 Xəbər

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 1

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

9 Dekabr, 2025
KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 2

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

9 Dekabr, 2025
Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək 3

Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

9 Dekabr, 2025
UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq 4

UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq

9 Dekabr, 2025
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 5

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 6

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025
Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 7

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 454)
  • Dünya (3. 044)
  • Gündəm (10. 574)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8454) Dünya (3044) Gündəm (10574) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 9 Dekabr, 2025
  • KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 9 Dekabr, 2025
  • Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək 9 Dekabr, 2025
  • UEFA Çempionlar Liqası: Əsas mərhələnin VI turunda “Qalatasaray” “Monako”nun qonağı olacaq 9 Dekabr, 2025
  • Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.