Ağsu rayon prokurorunun köməkçisi Şölə Quliyeva vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən il prokurorluq orqanlarına qəbul olunan 28 yaşlı Ş.Quliyeva xəstəlik səbəbindən dünyasını dəyişib. O, Bakı şəhərində dəfn edilib.
Qeyd edək ki, prokurorluq orqanlarına yeni qəbul olunan Ş.Quliyevanın prokuror kimi ilk və son iş yeri Ağsu Rayon Prokurorluğu olub.
Allah rəhmət eləsin!