Skip to content
5 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 040)
  • Dünya (3. 246)
  • Gündəm (11. 347)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (469)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Satıcı qızın əri aptek müdirini bıçaqlayıb – Bakıda ƏDV fırıldağı

Bakıda aptek müdirini və onun otağında olan şəxsi bıçaqlayan yeznə və qayını məhkəmə qarşısına çıxarılıb. “Qafqazinfo”nun əldə etdiyi
Cavidan 12 Avqust, 2022

Bakıda aptek müdirini və onun otağında olan şəxsi bıçaqlayan yeznə və qayını məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində barələrində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılmış 25 yaşlı Mehdixan Ağayev və onun qayını Ramil Salmanova hökm oxunub. Mehdixan 2 il 6 ay, Ramil isə 2 il müddətə həbs cəzasına məhkum edilib.

Məhkəmə araşdırması zamanı bildirilib ki, hadisə bir neçə ay əvvəl Xətai rayonu M.Hadi küçəsində yerləşən “Natural” aptekdə baş verib.

Aptekin müdiri Azər Qulamov (bütün soyadlar şərtidir) realda olduğundan qat-qat çox satışın olduğunu görərək araşdırma aparıb və aptekdəki kameraları yoxlayıb. Bu zaman məlum olub ki, aptekin ətriyyat bölməsində satıcı işləyən Günel Ağayeva özbaşına olaraq post-terminal vasitəsilə alış-veriş olmadığı halda çoxsaylı satış çekləri çıxarıb. O, həmin çeklər vasitəsilə öz telefonuna yazdığı proqrama ƏDV-nin müəyyən edilmiş hissəsini geri qaytarıb. Bundan sonra aptek müdiri satıcını çağıraraq məsələni araşdırmaq istəyib.

Azər Qulamov ifadəsində deyib: “Aptekdə işləyən Günelin əmək müqaviləsi olmadığından ondan dəfələrlə şəxsiyyət vəsiqəsi tələb edilsə də, əvvəlcə vəsiqəsinin rayonda olduğunu deyirdi, daha sonra vəsiqəni gətirsə də, bir həftədən sonra xəstəliyi ilə əlaqədar müalicə almaq üçün gedəcəyini, qayıtdıqdan sonra əmək müqaviləsi bağlayacağını bildirdiyindən onunla razılaşdım. Bir qədər sonra apteklər şəbəkəsinin baş ofisindən zəng edib burada avtomobil satıb-satmamağımızı soruşaraq gün ərzində reallıqda satılmamış mallardan 30 000-75 000 manat olmaqla ümumilikdə 670 000 manat dəyərində kassa çekinin vurulduğunu bildirdilər.

Kamera görüntüləri vasitəsilə məsələni araşdıraraq həmin çeklərin kassada işləyən işçinin fasilədə olduğu vaxtlarda Günel tərəfindən vurulduğunu müəyyən etdim. Onu çağıraraq bu hərəkətin ayıb olduğunu, keçən ayın vergilərini artıq ödədiyimizi, bizə böyük ziyan dəydiyini, lakin bu ayın ödənişi üçün çekləri qaytardığı təqdirdə həmin ödənişləri geri qaytara biləcəyimi və bu məsələnin bitəcəyini bildirdi. Günel dediklərimi inkar etdi, kamera görüntülərini göstərib çeklərdən telefona bonusların gəldiyini dedim. Günel telefonu stolun üstünə qoyaraq baxmağı təklif etdi və heç bir bonusun olmadığını dedi. Həmin vaxt digər işçilər Günelin telefonunu tanıdıqlarından təqdim etdiyinin onun telefonu olmadığını və həmin telefonu yeni işlətməyə başladığını bildirdilər. İşçilər də Günelə videogörüntülərdəkinin onun olduğunu, kassadan satılmamış dərmanların çeklərini vurduğunu, etdiyi əməlin cinayət olduğunu bildirdikdən sonra Günel qaçıb getdi. Mən aptekdən çıxdıqdan sonra Günelin əri zəng edərək telefonu istədikdə ona aptekdə olmadığımı, məsələnin telefonda həll edilə biləcək məsələ olmadığını dedim”.

Bundan 1 gün sonra aptek müdiri işə gəldikdən sonra Günelin əri Mehdixan və qardaşı Ramil oraya gəlib. Azər həmin şəxslərə satıcının etdiyi hərəkətə görə 8 min manatadək əlavə pul ödəməli olduqlarını deyib və çeklərin geri qaytarılması təqdirdə bu məsələnin həll edilə biləcəyini deyib. Lakin həmin şəxslər israrla Günelə məxsus olan “Samsung” markalı telefonu tələb ediblər və münaqişə yaradıblar. Münaqişə zamanı Mehdixanla Ramil aptek müdirinə və onun otağında olan Natiq adlı şəxsə xəsarətlər yetirərək qaçıblar. Aptek işçiləri tərəfindən ilki tibbi yardım göstərildikdən sonra hər iki şəxs xəstəxanaya çatdırılıblar.

Məhkəmədə Azər Qulamov təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, səhhətinin yenə pisləşdiyini və yenidən əməliyyat olunmalı olduğunu bildirib.

Continue Reading

Previous: Sülhməramlı Xankəndi-Xocalı yolunda qəza törətdi – 4 nəfər öldü
Next: Prokurorluq xəstəxanadakı əməliyyatla bağlı məlumat yaydı

Bölmənin digər xəbərləri

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxunub
  • Kriminal

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxunub

5 Mart, 2026
Gəncədə qəza olub, bir nəfər ölüb
  • Kriminal

Gəncədə qəza olub, bir nəfər ölüb

4 Mart, 2026
İsmayıllıda üç avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var
  • Kriminal

İsmayıllıda üç avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var

28 Fevral, 2026

Top 7 Xəbər

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib 1

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib

5 Mart, 2026
Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır 2

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

5 Mart, 2026
İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir 3

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

5 Mart, 2026
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 4

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

5 Mart, 2026
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb 5

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

5 Mart, 2026
İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı – Ümumiləşdirmə 6

İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı – Ümumiləşdirmə

5 Mart, 2026
Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır 7

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

5 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 040)
  • Dünya (3. 246)
  • Gündəm (11. 347)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (469)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9040) Dünya (3246) Gündəm (11347) Kateqoriyasızlar (469) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2960) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib 5 Mart, 2026
  • Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır 5 Mart, 2026
  • İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir 5 Mart, 2026
  • İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 5 Mart, 2026
  • Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb 5 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.