Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 790)
  • Dünya (3. 159)
  • Gündəm (10. 992)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

“Əlilliyi alınandan sonra vəziyyəti kəskinləşdi” – Şizofreniya xəstəsinin başına gələnlər…

Bu ilin yanvarında Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevin avtomobilinin yandırılması ilə bağlı bəzi detallar üzə
Cavidan 16 May, 2022

Bu ilin yanvarında Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevin avtomobilinin yandırılması ilə bağlı bəzi detallar üzə çıxıb.

Addim.az “Kriminalqafqaz”a istinadən məlumatına görə, “sadə şizofreniya” xəstəliyindən əziyyət çəkən 34 yaşlı Əhməd Hüseynov (şərti) əvvəlcə DSMF-nin Şəki rayon filialının binasını, daha sonra baş həkimin avtomobilini yandırmağa cəhd edib. Baş həkimin “Nissan X-Trail” markalı avtomobilinə 7200 manatdan çox ziyan dəyib.

Faktla bağlı başlanılan cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə özünü ifadə etmək qabiliyyəti olmayan Ə.Hüseynovun istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində qeyd edib ki, uşaqlıqdan özünü narahat hiss edir: “Gecələr yatmıram, buna səbəb tanımadığım şəxslərlə söhbət etməyimdir. Hadisə günü səhər oyandıqdan sonra atamla şəhərə çıxdıq. Xəstəxanadan dərman ala bilmədiyimə görə atam 3 gün idi ki, çox əsəbiləşirdi. Dərmanları vermədiyinə, pensiyamı kəsdiyinə görə atam dedi ki, onların binasını yandırım. Su butulkasına benzin töküb pensiya verilən yerə getdik. Binanın arxa və qabaq şüşələrinə benzin töküb yandırdım. Bundan sonra Akif həkimin evinə sürdük. Atam evin yanındakı maşının Akifə məxsus olduğunu deyib “maşını yandır” dedi”.

Əhmədgil maşını yandırandan sonra babasının məzarı olan yerə gediblər: “Orada atam və babamla söhbət etdim. Babam mənə dedi ki, “yaxşı eləmisən””.

Əhmədin atası isə oğlunun 10 ildən çoxdur şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və Şəki Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu deyib. Onun sözlərinə görə, oğluna xəstəliyi ilə əlaqədar II qrup əlillik dərəcəsi verilsə də, daha sonra təqaüdü kəsilib: “Əlilliyi ilə bağlı Psixatriya Xəstəxanasından dərmanlar verilirdi. Lakin əlilliyi ləğv ediləndən sonra dərmanlar da verilmədi. Əhməd dərmanları qəbul edə bilmədiyinə görə xəstəliyi kəskinləşdi. Təbii ehtiyaclarını belə özü ödəyə bilmir”.

Akif Əsədullayev məhkəmədə Əhməddən şikayətçi olmayıb: “Həyətə düşəndə avtomobilin arxa hissəsinin yandığını gördüm. Çətinliklə də olsa, yanğını söndürdük. Daha sonra polisə məlumat verdik. Dəymiş ziyan ödənilib, barışmışıq, şikayət və tələbim yoxdur”.

Məhkəmə hesab edib ki, Əhməd Hüseynov əməli anlaqsız vəziyyətdə törədib və xəstəliyinin kəskinləşmə vəziyyəti hazırda da davam edir. Buna görə təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimain təhlükəliliyini dərk etmək iqtidarında deyil. Hüseynov Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən zədələmə) maddəsi ilə mühakimə olunsa da, ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunub. Barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Continue Reading

Previous: Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı
Next: Bakıda birinci sinif şagirdi ÖLDÜ

Bölmənin digər xəbərləri

“Nərgiz” Ticarət Mərkəzində təlim keçirilib – VİDEO
  • Gündəm

“Nərgiz” Ticarət Mərkəzində təlim keçirilib – VİDEO

30 Yanvar, 2026
Bakıda iki nəfər dəm qazından zəhərlənib, biri ölüb
  • Kriminal

Bakıda iki nəfər dəm qazından zəhərlənib, biri ölüb

29 Yanvar, 2026
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video
  • Kriminal

Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video

28 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 1

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir

31 Yanvar, 2026
İşdən çıxarılan icra başçısını kim əvəz edir? 2

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

31 Yanvar, 2026
Bu gün 6 min nəfər imtahan verəcək 3

Bu gün 6 min nəfər imtahan verəcək

31 Yanvar, 2026
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 4

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

31 Yanvar, 2026
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 5

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 6

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 7

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 790)
  • Dünya (3. 159)
  • Gündəm (10. 992)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8790) Dünya (3159) Gündəm (10992) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 31 Yanvar, 2026
  • İşdən çıxarılan icra başçısını kim əvəz edir? 31 Yanvar, 2026
  • Bu gün 6 min nəfər imtahan verəcək 31 Yanvar, 2026
  • Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31 Yanvar, 2026
  • ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.