Bakıda jurnalist Aytən Məmmədovaya hücum edilib.
Addim.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal 11 ünvanında baş verib.
A. Məmmədova yaşadığı binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Həmin şəxs xanım jurnalistlə birlikdə liftə daxil olaraq bıçağı boğazına dirəyərək hədələyib, yazmamasını istəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.
Məqaləyə dair fotomateriallar: