Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 066)
  • Dünya (3. 261)
  • Gündəm (11. 391)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Vaksinin üçüncü dozası ölümləri azalda bilər” – Əhliman Əmiraslanov

Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezident İlham Əliyevin və 1-ci vitse-prezident hörmətli Mehriban xanım
Cavidan 13 Oktyabr, 2021

Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezident İlham Əliyevin və 1-ci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır.

Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır. Pandemiyaya qarşı mübarizə tədbirlərindən biridə peyvəndləmədir. Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın ayından başlanılıb və uğurla davam etdirilir.

Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir. Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur.

Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (Buster) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. Bu baxımdan, Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozasının tətbiqini məqbul hesab olunur.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Continue Reading

Previous: Qəzada xəsarət alanların adları məlum oldu – SİYAHI
Next: “Zəngəzur dəhlizi təkcə İranı deyil, Hindistanı da narahat edir” – Erməni politoloq

Bölmənin digər xəbərləri

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir
  • Cəmiyyət

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026
Sabah Bakıda hava yağmursuz olacaq
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq
  • Cəmiyyət

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026

Top 7 Xəbər

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 1

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

12 Mart, 2026
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 2

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

12 Mart, 2026
İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 3

İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib

12 Mart, 2026
Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 4

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026
Sabah Bakıda hava yağmursuz olacaq 5

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 6

İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb

12 Mart, 2026
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 7

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 066)
  • Dünya (3. 261)
  • Gündəm (11. 391)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9066) Dünya (3261) Gündəm (11391) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2965) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 12 Mart, 2026
  • Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 12 Mart, 2026
  • İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 12 Mart, 2026
  • Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 12 Mart, 2026
  • Sabah Bakıda hava yağmursuz olacaq 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.