Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Addim.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya-İsrail ictimai xadimi, YuKOS-un keçmiş həmtəsisçisi Leonid Nevzlin məlumat verib.
Onun sözlərinə görə, Şoyqu infarkt keçirib. Rusiya Federasiyasının müdafiə nazirinin sağ qalıb-qalmayacağı məlum deyil.
“Şoyqu sağ qalsa, əlil ola bilər. Qəfildən infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub”, – deyə xadim bildirib.