Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 471)
  • Dünya (3. 046)
  • Gündəm (10. 591)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Rusiya liderlərinin övladlarının lüks həyatları – FOTOLAR

Ukrayna işğalına görə dünyada reaksiyaların hədəfinə çevrilən Rusiya rəhbərliyindən olan önəmli adların övladları Qərb ölkələrində illərlə dəbdəbəli həyat
Cavidan 13 Aprel, 2022

Ukrayna işğalına görə dünyada reaksiyaların hədəfinə çevrilən Rusiya rəhbərliyindən olan önəmli adların övladları Qərb ölkələrində illərlə dəbdəbəli həyat sürüb, bahalı məktəblərdə oxuyublar.

Addim.az  Rusiya administrasiyasının aparıcı şəxslərinin övladlarının dəbdəbəli həyatını araşdırıb. 

Rusiya administrasiyasının ən tanınmış simalarından olan Kremlin sözçüsü Dmtri Peskov həyat yoldaşı və iki uşağı ilə birlikdə “dövlət qulluqçusu maaşı ilə dəbdəbəli həyatı”na görə ABŞ sanksiyalarına məruz qalıb.

Peskovun əvvəlki nikahlardan olan övladları Qərbi Avropada böyüyüb. Peskovun Parisdə təhsil alan və sosial şəbəkədə fotoları ilə diqqət çəkən 24 yaşlı qızı Yelizaveta Peskova Parisdə anası ilə birlikdə 2 milyon dollar dəyərində lüks evdə yaşayır. O, əvvəllər Rusiya kanallarından birinə Avropada özünü daha rahat hiss etdiyini, Rusiya təhsil sisteminin çox pis olduğunu deyərək mübahisə yaradıb. Bir müddət Avropa Parlamentində təcrübə keçən Peskovanın bir müddət əvvəl İnstaqram hesabında “Müharibəyə yox” mesajı paylaşması diqqət çəkib.

Peskovun İngiltərədə böyüyən oğlu Nikolay Çoles şəxsi təyyarə səyahətləri, Moskvadakı bahalı evi və bahalı avtomobilləri ilə tanınır.

Rusiya diplomatiyasının bir nömrəli adı olan xarici işlər naziri Sergey Lavrovun qızı da London və Nyu-Yorkda təhsil alıb. Hazırda 39 yaşında olan Yekaterina Vinokurova London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra Nyu-Yorka köçüb. 

Lavrovun sevgilisinin qızı Polina Kovalevanın Londonda 5,8 milyon dollarlıq evdə yaşadığı məlum olub.

Rusiya prezidenti Vladimir Putinin də ailəsi daha çox Qərb ölkələrində yaşayır. Putinin böyük qızı Mariya holland əri ilə birlikdə 3,3 milyon dollarlıq mənzildə yaşayır, kiçik qızı Katerina isə Fransada milyonluq evə sahibdir.

Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın İsveçrədə dəbdəbəli villasında uşaqları ilə birlikdə yaşayır.  Onun bir müddət əvvəl Putindən gizləndiyi xəbəri mətbuatda  öz əksini tapmışdı.

Kaliforniya Universitetində Rusiya üzrə ekspert Daniel Treisman, Rusiya liderlərinin Qərbi daim tənqid etdiyi halda, övladlarının Qərb ölkələrində dəbdəbəli yaşamasını “açıq ikiüzlülük” kimi qiymətləndirib.  

Rusiya rəsmiləri və onların ailələrinin Qərblə əlaqələri də zaman-zaman Rusiya daxilində mübahisələrə səbəb olur. Rusiya məmurlarının azyaşlı uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi 2016-cı ildə Rusiya parlamentinin aşağı palatası Duma tərəfindən rədd edilib.

Continue Reading

Previous: 4 ölkə prezidentləri Zelenski ilə görüşmək üçün Kiyevə gedir
Next: “100-dən çox ukraynalı əsgər Rusiya ordusuna təslim oldu” – MN

Bölmənin digər xəbərləri

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb
  • Dünya

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək
  • Dünya

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
  • Dünya

Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

8 Dekabr, 2025

Top 7 Xəbər

Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib 1

Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib

11 Dekabr, 2025
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 2

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 3

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 4

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 5

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 6

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 7

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 471)
  • Dünya (3. 046)
  • Gündəm (10. 591)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8471) Dünya (3046) Gündəm (10591) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib 11 Dekabr, 2025
  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.