Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 490)
  • Dünya (3. 049)
  • Gündəm (10. 604)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Parlamentin komitələri Şuşada iclası keçirdi – YENİLƏNİB

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası
Cavidan 8 Aprel, 2022

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.
İclasda ilk olaraq “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Bildirilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır ve Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonraki bir illik müddətlərə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.
Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə ve ona əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada qüvvəyə minir.
Bundan əlavə “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumlarından və vergilərdən azad ediləcək.
Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə rezidentlərin xarici valyuta hesabları ilə bağlı tələblər artırılıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezidentlər əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
***12:02
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası başlayıb.
İclas Şuşa şəhərindəki “Qarabağ” hotelində keçirilir.
***09:46
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.
İclas Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutacaq.
Birgə iclasın gündəliyinə 2 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Continue Reading

Previous: Prezident Azərbaycan millisinin üzvlərini qəbul edib
Next: Prezident bu agentliyin səlahiyyətlərini artırdı

Bölmənin digər xəbərləri

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Siyasət

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025

Top 7 Xəbər

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 1

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

12 Dekabr, 2025
Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 2

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH

12 Dekabr, 2025
Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 3

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

12 Dekabr, 2025
Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 4

Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb

12 Dekabr, 2025
“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 5

“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

12 Dekabr, 2025
Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir 6

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir

12 Dekabr, 2025
Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb 7

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

12 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 490)
  • Dünya (3. 049)
  • Gündəm (10. 604)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8490) Dünya (3049) Gündəm (10604) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 12 Dekabr, 2025
  • Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 12 Dekabr, 2025
  • Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 12 Dekabr, 2025
  • Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 12 Dekabr, 2025
  • “Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 12 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.