Skip to content
8 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 396)
  • Dünya (3. 354)
  • Gündəm (11. 728)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Kriminal

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib.“Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində
Cavidan 8 Aprel, 2022

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində çıxarılıb.
Belə ki, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə sabiq dekan müavini Anar Yusifovun barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.
Məhkəmə apellyasiya prostestini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, A.Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.
İttiham aktına əsasən, A.Yusifov 2015-2020-ci illərdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsində çalışıb. O, vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.
Eyni zamanda, cinayət matereallarında qeyd edilib ki, A.Yusifov qeyrisini rüşvət qismində pul verməyə təhrik edib.
Belə ki, A.Yusifov 2019-cu ildə tanışı Həmzəyev Tural Nəsib oğlu vasitəsi ilə tanıdığı Qəhrəmanova Ülviyyə Tahir qızının Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi vədini verib. Buna görə Ü.Qəhrəmanova ona ümumilikdə 2 min manat pul verib. Daha sonra o, qadından yenidən 3 min manat pul istəyib. Ü.Qəhrəmanova isə işin uzandığını görərək onun istədiyi pulu verməyib və hüquq mühafizə orqanlarına müraciət edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Continue Reading

Previous: Azərbaycan-İran sərhədində atışma: Ölən var
Next: Gecə klubunda xəsarət alanlardan daha bir nəfər vəfat ETDİ

Bölmənin digər xəbərləri

Sumqayıtda avtomobil yolu çöküb
  • Kriminal

Sumqayıtda avtomobil yolu çöküb

5 May, 2026
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
  • Kriminal

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

5 May, 2026
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
  • Kriminal

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026

Top 7 Xəbər

Meteor yağışı olacaq – Bu tarixdə 1

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 2

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 3

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 4

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

7 May, 2026
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 5

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 6

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026
Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 7

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 396)
  • Dünya (3. 354)
  • Gündəm (11. 728)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9396) Dünya (3354) Gündəm (11728) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Meteor yağışı olacaq – Bu tarixdə 7 May, 2026
  • WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7 May, 2026
  • Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 7 May, 2026
  • Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 7 May, 2026
  • Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.