Skip to content
13 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 498)
  • Dünya (3. 054)
  • Gündəm (10. 617)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Ermənilərə verilən mesaj: “Artıq bütün layihələr hazırlanıb ki…” – NƏ BAŞ VERİR?

Martın 29-da Xankəndi və ətraf ərazilərə təbii qazın nəqli bərpa olunacaq. Ermənistandan gələn boru xəttinin Şuşa-Zərifli ərazisindən keçən
Cavidan 29 Mart, 2022

Martın 29-da Xankəndi və ətraf ərazilərə təbii qazın nəqli bərpa olunacaq.

Ermənistandan gələn boru xəttinin Şuşa-Zərifli ərazisindən keçən hissəsində də martın 8-də baş vermiş texniki qəzanın nəticələri aradan qaldırılıb. Boru kəmərinin bərpası “Azəriqaz” İB tərəfindən həyata keçirilsə də, yeganə tədarükçüsü “Qazprom Armenia” törəmə şirkətidir. 1988-ci ildə Ermənistan ərazisindən çəkilmiş kəmərin mülkiyyəti işğalçı ölkəyə məxsusdur. Bu isə Ermənistana Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanı yaradır.

Halbuki, kəmərin keçdiyi ərazi Azərbaycana məxsusdur. Qarabağda sözügedən kəmər vasitəsilə yanacaqla təmin edilən istehlakçılar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də oradakı ermənilərin təbii qazla təmin edilməsini Azərbaycan özü həyata keçirə bilər. Yəni SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yeni kəmər çəkmək, “Azəriqaz” isə abonentlərin “mavi yanacağa” olan ehtiyacını ödəmək imkanına malikdir. Bu olmadığına görə ermənilər qaz amilindən siyasi spekulyasiya vasitəsi kimi istifadə edir. Yəni Ermənistan qaz təhcizatında yaranmış problemi bəhanə edib Azərbaycanın daxili işlərinə qarışmaqla faktiki olaraq, ərazi iddiasını yenidən ortaya qoyur.

Eyni zamanda, Qarabağdakı ermənilər arasında “Artsaxqaz” adlı guya paylayıcı funksiyasını yerinə yetirən oyuncaq qurum yaratmaqla separatizmi fəallaşdırır. Üstəlik, istismar müddətini keçmiş kəmərdə tez-tez qəzaların baş verməsi ermənilərə beynəlxalq aləmdə hay-küy salmaq və Azərbaycana qarşı təzyiq üçün fürsət yaradır. Ona görə də Azərbaycan Qarabağın qazlaşdırılması prosesini öz üzərinə götürməklə erməniləri bu imkandan məhrum edə bilər. Zirveyolu.info-ın məlumatına görə, iqtisadçı-ekspert Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bölgənin enerji ilə təminində yeni infrastrukturun yaradılmasına ehtiyac var. Ancaq bu prosesin həyata keçirilməsi üçün gözləmək lazım gələcək:

“Həmin qaz kəməri Sovet dövründə çəkilib və sonra boru xəttinin keçdiyi ərazilər işğal olunub. 30 il ərzində ermənilər infrastrukturu tamamilə dağıtdı. Yəni Azərbaycanın çəkdiyi qaz kəmərlərini də sökdülər. Ona görə də yeni kəmərlər çəkmək üçün vaxt lazımdır. Azərbaycan bunu nəzərə alacaq. İşğal dövründə yalnız Şuşaya qaz çəkiblər. Digər rayonlarda qazlaşma getməyib. Ona görə də bu gün Xankəndini, yaxud Xocalını qazla təmin edə biləcəyimizdən danışa bilmərik. Amma burada başqa bir amil var. Həm Ağdamın, həm də Füzulinin işğal altında olmayan kəndlərinə qaz çəkilmişdi. Məndə olan məlumata görə, infrastrukturun bərpası prosesinin tərkib hissəsi kimi digər bölgələrin də qazlaşdırılması ilə bağlı layihələr hazırlanıb. Ermənistandan çəkilən kəmər köhnə olduğuna görə tez-tez qəzalı vəziyyətə düşür. Kəmərin qəza baş verən hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Onu təmir etmək üçün Ermənistandan gələcək qrupun xüsusi xidmət orqanlarının agenti olmadığına heç kim təminat verə bilməz. Ona görə də Azərbaycan təmir işini özü üzərinə götürdü”.

Ekspertin fikrincə, bu, ermənilərə mesajdır:

“Yəni sizin gələcək taleyiniz bizdən asılıdır. İkincisi, bu, Ermənistana da xəbərdarlıqdır ki, kəmərə nəzarət Azərbaycanın əlinə keçib. Təmir işini də Azərbaycan həyata keçiricək. Ancaq işğaldan azad olunmuş ərazilərdə hələ məskunlaşma həyata keçirilməyib. Bu müddətdə ermənilər Azərbaycan qanunlarını qəbul etmək qərarına gəlməlidir. Ondan sonra qazı da, suyu da, işığı da Azərbaycan çəkəcək. Son günlər iki kəndin üstündə ermənilər bütün dünyaya səs-küy salıblar. Rusiya Ukraynadakı məğlubiyyətinin əvəzini çıxmaq üçün diqqətini bu tərəfə yönəldir. Müdafiə naziri Sergey Şoyqu ağlına gələn bəyanatları verir. Qaz məsələsinin ətrafında yaranmış vəziyyətlə bağlı Azərbaycan bütün iqtisadi, siyasi, hərbi gücünü ortaya qoydu.

Ermənilər bundan nəticə çıxartmalıdır. Sadəcə, bir qədər zamana ehtiyacımız var. Azərbaycan onsuz da Laçını və Kəlbəcəri qazlaşdırmalıdır. Kəlbəcərə qaz kəməri Tərtərdən birbaşa gedəcək. Yaxud Zəngilandan və Cəbrayıldan Qubadlıya, Laçına kəmər çəkiləcəyi gözlənilir. Ağdamla Xocalının arası iki, Xankəndinin də arası səkkiz kilometrdir. Əgər biz indi Şuşaya qaz çəkə biliriksə, deməli, digər bölgələrdə də bu layihələri reallaşdırmaq mümkün olacaq. Sadəcə olaraq, bu infrastrukturu formalaşdırmaq üçün zamana ehtiyacımız var. Ona görə də ruslar indidən hay-küy salıb ki, Azərbaycan Qarabağda Honq-Konq, Sinqapur yaradır. Əgər biz Ağdamda Honq-Konq yaradırıqsa, Xankəndidə də Sinqapur quracağıq”.

Continue Reading

Previous: Artıq Xocalıdan, Xankəndidən danışa bilərik – Proses buna doğru gedir…
Next: Bu şəxslərə kompensasiya ödənəcək – Video

Bölmənin digər xəbərləri

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub
  • Cəmiyyət

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

13 Dekabr, 2025
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb
  • Cəmiyyət

Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

13 Dekabr, 2025
Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb
  • Cəmiyyət

Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb

13 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub 1

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

13 Dekabr, 2025
Rusiyada bir neçə vaqon relsdən çıxıb 2

Rusiyada bir neçə vaqon relsdən çıxıb

13 Dekabr, 2025
Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb 3

Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

13 Dekabr, 2025
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil 4

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

13 Dekabr, 2025
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib 5

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

13 Dekabr, 2025
Təmir etdiyi maşının altında qalaraq öldü 6

Təmir etdiyi maşının altında qalaraq öldü

13 Dekabr, 2025
Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb 7

Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb

13 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 498)
  • Dünya (3. 054)
  • Gündəm (10. 617)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8498) Dünya (3054) Gündəm (10617) Kateqoriyasızlar (437) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub 13 Dekabr, 2025
  • Rusiyada bir neçə vaqon relsdən çıxıb 13 Dekabr, 2025
  • Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb 13 Dekabr, 2025
  • Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil 13 Dekabr, 2025
  • Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib 13 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.