Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Zakir Həsənov vəzifəli şəxslərə tapşırıqlar verdi
  • Cəmiyyət
  • Gündəm

Zakir Həsənov vəzifəli şəxslərə tapşırıqlar verdi

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyinin Mətbuat
Cavidan 28 Mart, 2022
d7461b9775ca7f6a6a3899b20a798da4

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət verdiyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiya 17 minə yaxın canlı qüvvə itirib – Yeni siyahı
Next: Zelenskiyə azadlıq və ümid simvolu olan mükafat verildi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 095154
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 735)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür Screenshot 2026-07-14 095154 1
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

14 İyul, 2026
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb Screenshot 2026-07-14 093549 2
  • Kriminal

Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb

14 İyul, 2026
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 3
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 4
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 5
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9735) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.