Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Qarabağda silahlı erməni separatçılarının məhv edilməsi zamanı çatıb – HƏQİQƏTƏN DƏ…

Fransa və ABŞ-dan sonra Rusiya da Azərbaycanı “qınayan” bəyanatla çıxış edib. Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı informasiya bülletenində
Cavidan 28 Mart, 2022

Fransa və ABŞ-dan sonra Rusiya da Azərbaycanı “qınayan” bəyanatla çıxış edib. Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı informasiya bülletenində bildirilib ki, Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, sülhməramlıların məsuliyyət zonasına daxil olub. “Fərrux kəndində “Bayraktar” ilə Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”, – bəyanatda qeyd olunur.

Vaşinqton və Parisdən verilən açıqlamalarda da Azərbaycan silahlı qüvvələrinin əvvəlki mövqelərə qayıtması barədə çağırış ifadə olunub. ABŞ təmsilçisi isə bir qədər uzağa gedərək, Bakını “məsuliyyətsizlikdə” suçlayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə az əvvəl yaydığı açıqlamada Rusiya MN-nin açqılamasının həqiqəti əks etdirmədiyini və bu yanaşmadan təəssüfünü bildirib.

Müdafiə Nazirliyi son günlər təmas xəttində baş verənləri xatırladaraq bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.

“Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır”.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir:

“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.

Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Dövlət Departamentə verilən cavab da isə erməni işğalının davam etdiyi 30 ildə Minsk qrupunun üzvü kimi ABŞ-ın heç bir effektiv addım atılmadığı xatırladılır. “Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir”, – açıqlamada vurğulanıb.

Əslində nə baş verib?

Azərbaycan MN-nin yaydığı bəyanatda bildirilir ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdud görmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd edib. Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur.

Erməni mediasının yaydığı məlumatda isə bildirilib ki, martın 24-dən 26-a qədər baş verən toqquşma zamanı qanunsuz separatçı silahlı dəstələrinin ümumilikdə 3 hərbçisi öldürülüb, 19 yaraqlı isə hospitala yerləşdirilib.

Bu hadisələrin ilk günündən Rusiya hərbi və siyasi rəhbərliyindən dərhal reaksiya gəlib. 12 gündür ictiamiyyətin xəbər tuta bilmədiyi Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib. Martın 25-də isə Rusiya prezidenti Vladimir Putin gərgin iş qrafikində Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığına zaman ayırıb. Söhbət zamanı Paşinyan Putinə deyib ki, “Rusiya hərbçilərinin Azərbaycan əsgərlərindən Fərrux və Pirlər kəndləri ərazisindən öz ilkin mövqelərinə çəkilməsini tələb etmələri çox zəruridir”. Paşinyan Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırlımasına çağırıb. Putin və Paşinyan Dağlıq Qarabağda yaranmış böhranın çözülməsi üçün səy göstərmək barədə razılığa gəliblər.

Görünür, bu razılaşmanın nəticəsi olaraq Rusiya Müdafiə Nazirliyinin yuxarıda təqdim olunan bəyanatı ortaya çıxıb. İstər bu açıqlama, istərsə də Vaşinqton və Parisdən rəsmi Bakıya ünvanlanan çağırışlar Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurub.

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, Rusiya Müdafiə Nazirliyi bütün dünyanın gözü qarşısında Ukraynanın ərazi bütünlüyünə qəsd etməsindən zərrə qədər utanmadan belə bir açıqlama verib: “Bu, həyasızlığın son həddidir. 22 fevralda imzalanan və hələ mürəkkəbi qurumamış Bəyannamənin 1-ci maddəsini Rusiya MN-nin bu açıqlamanı verən yetkililərinin gözünə soxmaq lazımdır. Müttəfiqlik Bəyannaməsinin 1-ci maddəsi deyir:

Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Belə olan halda, Rusiya nə haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə kölgə salan, onu yox sayan ifadələr işlədə bilər? Necə “Sülhməramlı Qüvvələrin məsuliyyət zonası”, “DQ silahlı birləşmələrin bölmələri” ifadələrini işlədərək müttəfiq saydığı ölkənin ərazi bütövlüyünə qəsd edə bilər?

O zaman sual yaranır, Bəyannamənin 18-ci maddəsində bu ifadələr kimə yönəlib?

“Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Azərbaycan ərazisində separatçılara, qanunsuz silahlı qruplara sahib çıxıb, onları bu Bəyannamədən kənarda tutacaqsa, bu sənəd kim üçün öhdəlik yaradacaq?”

Hüquqşünas hesab edir ki, Azərbaycanın XİN dərhal Rusiyanın Müdafiə Nazirliyinin rəsmi qaydada müttəfiqlik bəyannaməsinə zidd davrandığı üçün öz açıqlamasını geri çəkməsini və bir daha Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasını tələb etməlidir.

“Ayrıca, 10 noyabr bəyanatında 4-cü maddənin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) dərhal işləməsini, əks halda, Laçın koridorunun da 4-cü maddə icra olunana qədər dayandırılacağını bəyan etməlidir. Bu günün şərtləri bu addımı diktə edir”, – Ə.Məmmədli vurğulayıb.

Politoloq Fərhad Məmmədov isə xatırladır ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Azərbaycanı üçtərəfli bəyanatın qaydalarını pozmaqda ittiham edir: “Bəs Azərbaycan nəyi pozub? 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatda “Rusiya sülhməramlılarının məsuliyyət zonaları” deyilən bənd yoxdur. Orada yalnız bir qeyd var: Sülhməramlılar tərəfindən müvəqqəti nəzarət edilən Laçın dəhlizi!”

Politoloq hesab edir ki, hazırkı şəraitdə Azərbaycanın Qarabağda yüksək gərginliyi saxlaması və sülhməramlıların müvəqqəti qaldığı ərazinin tam demilitarizasiyasına nail olması məqsədəuyğundur:

“Nə hərbi cinayətkar Arayik Arutyunyanın Rusiya prezidentinə məktubları, nə BMT baş katibinin, ABŞ Dövlət Departamentinin və Fransanın bəyanatları, nə də Rusiya Müdafiə Nazirliyinin bülleteni Bakının qəti addım atmasına mane olmamalıdır. Heç kim heç nə edə bilməyəcək!”

F.Məmmədovun sözlərinə görə, Qarabağ erməniləri başa düşməlidirlər ki, onların bütün bəlaları orada hakimiyyətdə olan hərbi cinayətkarlardan gəlir: “Onların fikri ilə heç kim hesablaşmayacaq, daha da çox problemlər olacaq. Ermənistan isterik olacaq, amma heç nə edə bilməyəcək. Qarabağ ermənilərinə indidən aydın olmalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyənə qədər onlardan heç nə asılı deyil. Əks halda, onların hamısı vətəndaşı olduqları ölkə olan Ermənistanın ərazisinə gedəcəklər. Ermənistan vətəndaşı olan Hadrut ermənilərinin taleyi onlara nümunə olmalıdır”.

Ekspert vurğulayır ki, qarşı tərəfə lazım olan xəbərdarlıqlar edilib və bütün vasitəçilər də Azərbaycanın atacağı addımlardan xəbərdardır:

“Ermənilərin özləri silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasalar, Qarabağda hərbi infrastrukturun, silahlı şəxslərin məhv edilməsi zamanın tələbidir. Qarlar əriyir, dumanlar seyrəlir, beləliklə, düşmənin şəxsi heyətinin və hərbi infrastrukturunun yüksək dəqiqlikli silahlarla sistemli şəkildə məhv edilməsi üçün imkanlar açılır. Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu bu işə maneə ola bilməz və olmayacaq, çünki əsas hədəf silahlı terrorçulardır. Bu günlərdə ölən 3 hərbçi və yaralananlar Ermənistan vətəndaşlarıdır və buna görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və şəxsən Paşinyanın üzərinə düşür”.
 //pressklub.az//

Continue Reading

Previous: Gün ərzində xəbərləri izləmək üçün ən optimal vaxt nə qədərdir?
Next: Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür

Bölmənin digər xəbərləri

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB
  • Cəmiyyət

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
İranda internet bərpa olundu
  • Cəmiyyət

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026

Top 7 Xəbər

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 1

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 2

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 3

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 4

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026
İranda internet bərpa olundu 5

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 7

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8796) Dünya (3161) Gündəm (11000) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
  • Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 31 Yanvar, 2026
  • Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 31 Yanvar, 2026
  • Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 31 Yanvar, 2026
  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.