Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçiriləcək.
İki həftəlik fasilədən sonra keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət müzakirə olunacaq.
Bu çərçivədə NATO-nun Fövqəladə Liderlər Zirvə Toplantısı ətrafında da fikir mübadiəsi aparılacaq.