Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Masallı və Cəlilabadda çay daşdı – 39 nəfər təxliyə edildi (VİDEO)
  • Cəmiyyət

Masallı və Cəlilabadda çay daşdı – 39 nəfər təxliyə edildi (VİDEO)

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb. FHN-dən “Unikal”a
Cavidan 19 Mart, 2022

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb.

FHN-dən “Unikal”a daxil olan məlumatda deyilir:

“19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir. Həmçinin, xüsusilə dağlıq ərazilərdə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar həmin ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara müraciət edərək şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.


About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ronaldo karyerası ilə bağlı qərar verdi
Next: Ukraynada ölən uşaqların sayı AÇIQLANDI

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.