Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 068)
  • Dünya (3. 261)
  • Gündəm (11. 393)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Kəndlinin əlindən dartıb aldıqlarının üstünə “dədəsinin” də qiymətini qoyurlar – “Daha bunun harası yarmarka oldu?!”

Cavidan 18 Mart, 2022

Paytaxtda və bölgələrdə bayramqabağı yarmarka ənənəsinə yenə “sadiq” qalındı. Sadiq sözünü ona görə dırnaq arasına aldıq ki, bu ifadənin bütün mənalarda, hərtərəfli təsdiqini tapdığı aydın olsun; təkcə, yarmarka ənənəsi davam etmir, yarmarkalarda qiymətlərin bazar və market qiymətlərindən fərqlənmədiyi, yarmarkalarda yenə də kəndlinin əlindən dartıb aldıqları məhsulun üzərinə “dədəsinin” qiymətini qoyan alverçilərin meydan sulaması ənənəsi də pozulmayıb. Pozulana da oxşamır. Ənənələrə sadiqlik belə olur. Yarmarkaların alverçilərin, monopolistlərin məkanı olması gerçəyi illərdir dəyişmir. Yeni il, Novruz, Ramazan bayramları öncəsi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur, lakin əhali həmişə narazı qalır. Səbəb, əlbəttə ki, qiymətlərin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatmaz olmasıdır.

Problem AzTV-nin “Çıxışa doğru” verilişində ekspertlərlə müzakirəyə çıxarılıb. Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı qeyd edib ki, yarmarkaları alverçilər zəbt edib, kəndlilər və kiçik fermerlər ora buraxılmır. Ekspertin fikirlərinə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rəşad Kərimov etiraz edib. Bildirib ki, bu, ola bilməz, “biz kim müraciət eləsə onun üçün hər cür şərait yaradırıq, özü də pulsuz”. Verilişin gedişində studiyaya 4 nəfər zəng edərək bildiriblər ki, bəli, yarmarkalara adi kəndlilər buraxılmır, əksəriyyəti alverçilərdir. E.Bayramlı da yarmarkaya buraxılmayan 10-la belə şəxs tanıdığını deyib. Sosioloq daha sonra sosial şəbəkə üzərindən paylaşım edərək yarmarkaya getmək istəyən kəndlilərə müraciət edib:

“Dostlardan xahiş edirəm ki, kimin kəndlərdə belə dostu, tanışı, qohumu varsa, xəbər eləsin, mən təminat verirəm, yarmarkaya tam pulsuz buraxılmağına, üstəlik lazımi avadanlıqlar və ləvazimatlarla pulsuz təmin olunmasına”. E.Bayramlı konkret misal çəkərək qeyd edib ki, kələm yarmarkada 1 manat 20 qəpikdir, amma yerində kəndlidən 30 qəpiyə alınır. Kəndli becərdiyi məhsulu özü yarmarkaya gətirib satışa çıxarsa tutarlı qazanc əldə edər. Zəhmətinin bəhrəsini həm özü görər, həm də vətəndaşlar ucuz və keyfiyyətli məhsul əldə edər. Lakin alverçilər buna imkan vermir. Sosial şəbəkədə məsələyə münasibət bildirənlər “Bal yarmarkası” barədə də eyni narazılıqlar olduğunu deyiblər: “Bakıda bal yarmarkasında gündəlik iştirak üçün səhv etmirəmsə, 160 manat tələb edirdilər. Yarmarkada da satılan balların yarıdan çoxu saxta ballar olub. Orada iştirak edənlər imkan vermir ki, fermerlər gətirib təmiz bal satsın. Bazarda bu gün balın qiyməti 20-30 manat arasında dəyişir. Amma bəzi alverçilərin ucbatından tək-tük adamlar satışa əsl bal çıxara bilir. Bal yarmarkasında bir adamın iştirakı üçün o qədər xərclər tələb olunur ki, heç kim bununla razılaşmır. Yarmarka təşkil edənlər də saxta balların satışında maraqlıdır. Ona görə ki alverçi, yəni saxta bal satan iştirak etmək üçün tələb olunan pulu verir. Amma əsl bal satan adam rüşvət verib o sırada dayanmır. Yarmarkalarda da vəziyyət belədir. Kəndli əziyyət çəkib əkib-becərir, ortada isə işbazlar və bəzi qurumlar qazanır”. Dia.az-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, fermerin – kəndlinin bu yarmarkalara məhsul gətirib satışa çıxardığına əmin deyil:

  • Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında kəndlilər iştirak etmir, şəhərli satıcılar, alverçilər işləyir. Həmin yarmarkalarda paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz. Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır. Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Bilirsiz, çalışırlar, görüntü yaratsınlar ki, bayram ərəfəsində yarmarkalar təşkil olunur. Eşidiblər ki, yarmarka olmalıdır, təşkil edirlər. Amma yarmarkanın mahiyyətini bilmirlər. Yarmarkanın əsl mahiyyəti kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Yəni yarmarkanı, yarmarka vacibdir deyə, təşkil edirlər, amma yarmarka mahiyyəti qalır kənarda. Bazardan bir fərqi olmur. Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, aldadıcı üsuldur. Ona görə də qiymətlər ucuz deyil, əhali də narazıdır. Çünki ənənəvi bazarla, market qiymətləri ilə yarmarka qiymətləri arasında gözəçarpan fərq yoxdur. Ucuz məhsullar ola bilər, amma onlar da keyfiyyətsizdir. Keyfiyyətsiz məhsulu vətəndaş niyə almalıdır? Əsl yarmarka təşkil etmək istəyirlərsə, bunun sadə yolu var, o da kəndlinin kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Amma monopoliya buna imkan vermir. Yarmarkada bazardakı alverçilər məhsul satacaqsa, daha bunun harası yarmarka oldu?!

Continue Reading

Previous: Neft ucuzlaşdı
Next: Neft bahalaşdı

Bölmənin digər xəbərləri

Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

11 Mart, 2026
Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək
  • İqtisadiyyat

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək

5 Mart, 2026
Qızılın qiyməti 5 300 dolları ötdü
  • İqtisadiyyat

Qızılın qiyməti 5 300 dolları ötdü

2 Mart, 2026

Top 7 Xəbər

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub 1

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub

12 Mart, 2026
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 2

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

12 Mart, 2026
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub 3

Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub

12 Mart, 2026
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 4

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH

12 Mart, 2026
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 5

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

12 Mart, 2026
İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib 6

İsrail ordusu Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə zərbə endirib

12 Mart, 2026
Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 7

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 068)
  • Dünya (3. 261)
  • Gündəm (11. 393)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9068) Dünya (3261) Gündəm (11393) Kateqoriyasızlar (472) Kriminal (1349) Mədəniyyət (338) Siyasət (2965) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub 12 Mart, 2026
  • Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 12 Mart, 2026
  • Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub 12 Mart, 2026
  • Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir – ŞƏRH 12 Mart, 2026
  • Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.