Rusiyanın Ukraynanın silahsızlaşdırılması ilə bağlı bütün planları əvvəlcədən təsdiq edilmiş müddət ərzində həyata keçiriləcək.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya Silahlı Qüvvələri müasir yüksək dəqiqlikli silahlardan istifadə edir, istisnasız olaraq hərbi informasiya infrastrukturu obyektlərini vurur. Rusiya rəhbərliyinin bütün planları əvvəlcədən təsdiq edilmiş müddət ərzində tam həcmdə həyata keçiriləcək”, – Peskov bildirib.