Skip to content
8 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 397)
  • Dünya (3. 354)
  • Gündəm (11. 729)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Xurşidbanu Natəvanın 190 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Cavidan 14 Mart, 2022

Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Continue Reading

Previous: Rusiya Ukraynanın şərqindəki strateji dəhlizi ələ keçirdi – FOTO
Next: Rusiya 300 milyard dollar ehtiyatından istifadə edə bilmir – SƏBƏB

Bölmənin digər xəbərləri

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil
  • Dünya

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb
  • Dünya

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

7 May, 2026
Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər
  • Dünya

Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər

7 May, 2026

Top 7 Xəbər

Bakının bəzi yollarında tıxac müşahidə olunur 1

Bakının bəzi yollarında tıxac müşahidə olunur

8 May, 2026
Meteor yağışı olacaq – Bu tarixdə 2

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 3

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 4

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 5

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

7 May, 2026
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 6

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib 7

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 397)
  • Dünya (3. 354)
  • Gündəm (11. 729)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9397) Dünya (3354) Gündəm (11729) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakının bəzi yollarında tıxac müşahidə olunur 8 May, 2026
  • Meteor yağışı olacaq – Bu tarixdə 7 May, 2026
  • WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7 May, 2026
  • Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 7 May, 2026
  • Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.