“Dost ölkələrin bizə köməyi davam edir, silah dəstəyi artır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı deyib.
“Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər”, – dövlət başçısı bildirib.
Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq Ukraynaya gəlib.
V.Zelenski həmçinin Rusiyanın taktika dəyişdirdiyini vurğulayıb: “Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir”.