Skip to content
25 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 122)
  • Dünya (3. 273)
  • Gündəm (11. 456)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıblar.Nekroloqda deyilir:
Cavidan 26 Fevral, 2022

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

“Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz veribir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 93-cü ilində vəfat edib.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblına otuz il boyunca rəhbərlik edib. O, eyni zamanda, 1978–1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb. Sənətkarın müqtədir şairlərimizin şeirlərinə sözlə musiqinin uğurlu vəhdətində bəstələdiyi çox sayda mahnı və təsniflər dillər əzbəri olub, dinləyicilərin qəlbində silinməz iz qoyub.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüblər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə və proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Əlibaba Məmmədovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Arif Babayev

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov”

Continue Reading

Previous: “Siz Azərbaycan ərazisindəsiniz” – Hərbçilərimizdən ermənilərə XƏBƏRDARLIQ (VİDEO)
Next: Xankəndi və Əsgəran istiqamətində azan səsləndirildi – Video

Bölmənin digər xəbərləri

Sabah yağış yağacaq
  • Cəmiyyət

Sabah yağış yağacaq

24 Mart, 2026
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər
  • Cəmiyyət

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

24 Mart, 2026
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
  • Cəmiyyət

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Mart, 2026

Top 7 Xəbər

Sabah yağış yağacaq 1

Sabah yağış yağacaq

24 Mart, 2026
İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb 2

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

24 Mart, 2026
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər 3

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

24 Mart, 2026
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 4

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Mart, 2026
Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib 5

Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib

24 Mart, 2026
Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək 6

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

24 Mart, 2026
KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir 7

KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir

24 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 122)
  • Dünya (3. 273)
  • Gündəm (11. 456)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9122) Dünya (3273) Gündəm (11456) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah yağış yağacaq 24 Mart, 2026
  • İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb 24 Mart, 2026
  • Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər 24 Mart, 2026
  • DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 24 Mart, 2026
  • Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib 24 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.