Skip to content
26 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Bu, kredit götürənlərin daha çox borclanmasına səbəb olur” – Deputat
  • Cəmiyyət

“Bu, kredit götürənlərin daha çox borclanmasına səbəb olur” – Deputat

Azərbaycanın Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub. Bunu iqtisadçı
Cavidan 8 Fevral, 2022
1644304781.1628072882_modern.az_1380789_901 (1)

Azərbaycanın Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, rəsmi statistikada diqqəti çəkən məqamlardan biri kredit portfelinin sahələr üzrə strukturu ilə bağlıdır:

“Belə ki, 8 milyard 607 milyon manat ev təsərrüfatlarına təqdim olunub. Bu ipoteka kreditləşməsi daxil olmaqla əsasən istehlak kreditləşməsidir. Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib. İqtisadiyyat üçün vacib olan sənaye və istehsala isə cəmi 971 milyon manat kredit ayrılıb. Bu ümumi kredit portfelinin cəmi 5.4 faizi deməkdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə il ərzində 591 milyon manat yönəldilib. Bu da ümumi kredit portfelinin 3.5 faizi deməkdir. Bu isə o deməkdir ki, kreditlərin cəmi 8.9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib. Deməli, bank kreditlərinin hətta 10 faizi belə sözügedən iki vacib sahəyə təklif olunmayıb.

Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.

Deputat bildirib ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımından arzuolunan deyil:

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır və bu da sektorun dayanıqlığı baxımından arzuolunan deyil. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artılrlmasına ehtiyac var”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İranda limanda yanğın – 7 gəmi yandı
Next: İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-25 123511
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 121620
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 110956
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Cavidan 25 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 791)
  • Dünya (3. 466)
  • Gündəm (11. 969)
  • İdman (677)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (525)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq Screenshot 2026-07-25 123511 1
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul, 2026
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb Screenshot 2026-07-25 121620 2
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

25 İyul, 2026
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub Screenshot 2026-07-25 115721 3
  • Dünya

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

25 İyul, 2026
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb Screenshot 2026-07-25 113233 4
  • Dünya

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

25 İyul, 2026
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq Screenshot 2026-07-25 110956 5
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

25 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9791) Dünya (3466) Gündəm (11969) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.