Skip to content
24 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
  • Cəmiyyət

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

[center][medium]https://djb.az/uploads/posts/2026-11/1795523798_axykkfl13wf5e-j-jjt9dot_1200-1.png[/medium][/center]Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar.Bu barədə Mətbuat Şurasının bəyanatında qeyd
Cavidan 24 Noyabr, 2026
AXYkKfl13WF5e j jjT9DOt_1200 (1)

[center][medium]https://djb.az/uploads/posts/2026-11/1795523798_axykkfl13wf5e-j-jjt9dot_1200-1.png[/medium][/center]
Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Bu barədə Mətbuat Şurasının bəyanatında qeyd edilib.

Bildirilib ki, son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur:

“Xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur. Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur. Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir”.

Vurğulanıb ki, ictimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır:

“Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur. İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır. Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir”.

Şura media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb:

“Bildirir ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
Sonrakı: Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq

Bölmənin digər xəbərləri

ZGAxJaKwvmmhASPv1200
  • Cəmiyyət

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq

Cavidan 24 Noyabr, 2026
92G3R8Zr7i2oA vj84nTY7ie6_1200
  • Cəmiyyət

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Cavidan 24 Noyabr, 2026
Re1skwUZIjYpSvINKD Vce_1200 (1)
  • Cəmiyyət

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

Cavidan 24 Noyabr, 2026

Teqlər

AI Android AnTuTu Apple AzInTelecom Azərbaycan Ağdam Bee biznes Business Epic Games Store Google Google Maps informasiya təhlükəsizliyi innovasiya Kiber təhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 507)
  • Dünya (1. 147)
  • Gündəm (3. 544)
  • İdman (266)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (260)
  • Kriminal (318)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (86)

Xəbər Trendi

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq ZGAxJaKwvmmhASPv1200 1
  • Cəmiyyət

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq

24 Noyabr, 2026
Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar AXYkKfl13WF5e j jjT9DOt_1200 (1) 2
  • Cəmiyyət

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

24 Noyabr, 2026
2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 92G3R8Zr7i2oA vj84nTY7ie6_1200 3
  • Cəmiyyət

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

24 Noyabr, 2026
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Re1skwUZIjYpSvINKD Vce_1200 (1) 4
  • Cəmiyyət

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

24 Noyabr, 2026
Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq Fk9beMCbSm v0 5
  • İdman

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

24 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3507) Dünya (1147) Gündəm (3544) Kateqoriyasızlar (260) Kriminal (318) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (86) İdman (266) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 1
  • 243
  • 145
  • 17. 248

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.