Skip to content
9 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Cəmiyyət

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il
Cavidan 9 Noyabr, 2026
17311229635253 v8_1200x630

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycanın Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası AXC-nin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabrında Əmək Məcəlləsinə Dövlət Bayrağı Günü ilə bağlı edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Motorola parlaq gOLED-ekrana və Polar texnologiyalarına malik Moto Watch 2 Fit smart-saatını təqdim etdi
Sonrakı: Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Bölmənin digər xəbərləri

57xYpsqPcily1skt bN5_1200 (1)
  • Cəmiyyət

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Cavidan 9 Noyabr, 2026
kepldfPhgD5 v9b2u4P_1200
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz olacaq

Cavidan 9 Noyabr, 2026
409bcfa8-01fe-3 vf929c_1200
  • Cəmiyyət

İlham Əliyev Kamboca Kralını təbrik edib

Cavidan 9 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business DOST İnkishaf və Yaradıcılıq Mərkəzi Endirim Epic Games Store Halloween informasiya təhlükəsizliyi internet kibertəhlükəsizlik Lenovo maliyyə sektoru Microsoft Motorola Nar Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Süni intellekt SİMA İmza Tesla Autopilot Texnologiya Təhlükəsizlik Valve WebTrust for CA World Özgür Gənc İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 437)
  • Dünya (1. 125)
  • Gündəm (3. 520)
  • İdman (260)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (250)
  • Kriminal (312)
  • Mədəniyyət (97)
  • Siyasət (452)
  • Texnologiya (58)

Xəbər Trendi

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb GRrdWaH4xlOzQ bxZ2DG_1200 1
  • Dünya

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

9 Noyabr, 2026
Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb IMG_4242webp- v1794228082 2
  • Kriminal

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

9 Noyabr, 2026
Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb 6af1a4f3a514 b4f3a514b 3
  • Dünya

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

9 Noyabr, 2026
Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib 57xYpsqPcily1skt bN5_1200 (1) 4
  • Cəmiyyət

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

9 Noyabr, 2026
Motorola Bose səs tənzimləməsinə malik Moto Buds 2 Ultra qulaqlıqlarını təqdim etdi Motorola Bose səs tənzimləməsinə malik Moto Buds 2 Ultra qulaqlıqlarını təqdim etdi 5
  • Texnologiya

Motorola Bose səs tənzimləməsinə malik Moto Buds 2 Ultra qulaqlıqlarını təqdim etdi

9 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3437) Dünya (1125) Gündəm (3520) Kateqoriyasızlar (250) Kriminal (312) Mədəniyyət (97) Siyasət (452) Texnologiya (58) İdman (260) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 6
  • 795
  • 695
  • 14. 592

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.