Skip to content
8 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Cəmiyyət
  • Gündəm

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd olunur.Zəfər Günü Silahlı
Cavidan 8 Noyabr, 2026
Q6WVj70nA2h2v1200

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd olunur.

Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Zəfərin mübarək, Azərbaycan!

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Şuşanın azad olunmasından 6 il ötür

Bölmənin digər xəbərləri

susa (1)
  • Cəmiyyət

Şuşanın azad olunmasından 6 il ötür

Cavidan 8 Noyabr, 2026
v c
  • Dünya

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Cavidan 7 Noyabr, 2026
9fede7a8-4327-vf03919200ec8_1200
  • Dünya

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Cavidan 7 Noyabr, 2026

Teqlər

A20 Pro Android AnTuTu API Apple AZCON Holding AzInTelecom Azərbaycan biznes Business CyberEden Endirim Epic Games Store Halloween informasiya təhlükəsizliyi innovasiya iPad mini kibertəhlükəsizlik Lenovo maliyyə sektoru Microsoft Newsbeat Noutbuk OLED OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik Valve vergi güzəştləri WebTrust for CA World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 428)
  • Dünya (1. 123)
  • Gündəm (3. 516)
  • İdman (260)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (250)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (452)
  • Texnologiya (55)

Xəbər Trendi

Bu gün Azərbaycanda Zəfər Günüdür Q6WVj70nA2h2v1200 1
  • Cəmiyyət

Bu gün Azərbaycanda Zəfər Günüdür

8 Noyabr, 2026
Şuşanın azad olunmasından 6 il ötür susa (1) 2
  • Cəmiyyət

Şuşanın azad olunmasından 6 il ötür

8 Noyabr, 2026
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək v c 3
  • Dünya

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

7 Noyabr, 2026
Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb 9fede7a8-4327-vf03919200ec8_1200 4
  • Dünya

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

7 Noyabr, 2026
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib kFDJuc2LPxT4Z5y vHXzkb9cif_1200 5
  • Cəmiyyət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

7 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3428) Dünya (1123) Gündəm (3516) Kateqoriyasızlar (250) Kriminal (311) Mədəniyyət (97) Siyasət (452) Texnologiya (55) İdman (260) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 3
  • 466
  • 367
  • 13. 362

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.