Skip to content
28 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Yeni qərar müəllimlərin maaşına təsir edəcək
  • Kateqoriyasızlar

Yeni qərar müəllimlərin maaşına təsir edəcək

Cavidan 28 Oktyabr, 2026
1793167058_1558 v

Naizrlər Kabinetinin 26 oktyabr tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana (şagird) düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib:

 Tam orta ümumtəhsil məktəbi – 2000₼
Lisey – 2200₼
Gimnaziya – 2200₼
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2500₼
İnternat tipli lisey – 3000₼
İnternat tipli gimnaziya – 3000₼

Nazirlər Kabinetinin bu qərarı ictimaiyyət arasında müzakirələrə səbəb olub və bəzi suallar doğurub: göstərilən məbləğ hara və necə xərclənir, bura nələr daxildir?

Milli Məclisin deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Modern.az-a danışıb.

“Bu sistem maliyyə təminatının güclənməsinə öz töhfəsini verəcək. Yəni məktəblərimizin maliyyə təminatı daha da güclənəcək. Ən vacib məsələ səmərəliliyin artırılmasıdır.
Bütün hallarda şagirdi çox olan məktəblə şagirdi az olan məktəbin maliyyələşməsi eyni ola bilməz. Yeni sistem tam olaraq belə məsələlərdə öz təsirini göstərəcək.

Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu yanaşması təhsilin keyfiyyətinə böyük təsir edəcək”.

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edir ki, bu, təhsilin yaxşılaşması üçün atılan addımdır:

“Maliyyələşmə prinsipi şagird üçün nəzərdə tutulan illik baza təhsil xərcləridir. Bu məsələdə təhsil xərcləri dəyişir. Əvvəllər belə bir prinsip tətbiq olunmamışdı, yalnız bu tədris ilindən etibarən yeni prinsip tətbiq olunur. Adambaşına maliyyələşmə ümumi xərclərin düzgün istiqamətləndirilməsini təmin edir. Çünki bizim elə ucqar nöqtələr var idi ki, orada şagirdlər müvafiq olaraq auditoriyada 2-3 nəfər təşkil edirdi və o 2-3 nəfərə sərf edilən xərclər paytaxt, paytaxta yaxın ərazilərdə 25-30 nəfərin təhsil aldığı bir auditoriyanın xərcləri ilə eynilik təşkil edirdi. Yəni 2-3 nəfərə 2500-3000 manat xərc çəkilirdisə, 25-30 nəfərə də eyni xərc çəkilirdi. Amma indi adambaşına maliyyələşmə prinsipində bu xərclər azalıb”.

Ekspert qeyd edib ki,rasionallaşma prinsipi ilə xərclər tam istiqamət üzrə xərclənir.

“İbtidai təhsil, ümumi orta təhsil və s. bunların hər birində fərqli əmsallar tətbiq olunur. Əmsallara baxsaq görərik ki, ilkin xərclər ilkin təhsildə 1 əmsalla, ümumi orta təhsildə 1,25, digərində isə 1,70-lə hesablanır. Bütün bu əmsallar adambaşına maliyyələşmə prinsipində tətbiq olunur”.
Ekspert vurğulayıb ki, bu qərar məktəblərarası rəqabətin daha da artmasına gətirib çıxaracaq.
“Bu qərarın verilməsi təhsilverənlərin ümumi şəraitini, əmək haqqını yaxşılaşdırmaq üçün atılan addımdır”(Modern.az)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək
Sonrakı: İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Bölmənin digər xəbərləri

i1uBfSztfVvJBghi0sJt9R n
  • Kateqoriyasızlar

Sabah Azərbaycanda hava yağışlı olacaq

Cavidan 27 Oktyabr, 2026
Y2QkT212YGGejrns8v b
  • Kateqoriyasızlar

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 26 Oktyabr, 2026
yyVUZykeN2XWtjMfLb
  • Kateqoriyasızlar

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Cavidan 21 Oktyabr, 2026

Teqlər

AI Aktivlərin idarə edilməsi Android AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese Bank infrastrukturu biznes Business ChatGPT Elektromobil Epic Games Store Google Chrome HDD JBOD NAS Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Qadcetlər QNAP Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya TravelLite Təhlükəsizlik USB 4 World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 356)
  • Dünya (1. 097)
  • Gündəm (3. 478)
  • İdman (256)
  • İqtisadiyyat (171)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (35)

Xəbər Trendi

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək fe2e6085-41V 1
  • Cəmiyyət

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28 Oktyabr, 2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb vcrMyLIl9JHkUe v 2
  • İqtisadiyyat

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr, 2026
Yeni qərar müəllimlərin maaşına təsir edəcək 1793167058_1558 v 3
  • Kateqoriyasızlar

Yeni qərar müəllimlərin maaşına təsir edəcək

28 Oktyabr, 2026
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək ZZErAyX5BUyv 4
  • İdman

Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək

28 Oktyabr, 2026
“Instagram”da yeni funksiya 1793131696_gear_insta_v 5
  • Cəmiyyət

“Instagram”da yeni funksiya

28 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3356) Dünya (1097) Gündəm (3478) Kateqoriyasızlar (244) Kriminal (305) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (35) İdman (256) İqtisadiyyat (171)

Sayt üzrə statistika

  • 0
  • 29
  • 26
  • 6. 524

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.