Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları
  • Siyasət

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

Ermənistanın xarici siyasət kursunda son dövrlər baş verən hadisələr ölkənin artıq geosiyasi seçim qarşısında olduğunu göstərir. Çünki Avropa
Cavidan 21 Oktyabr, 2026
b86SiaX3ck9FqzFS0UOujv

Ermənistanın xarici siyasət kursunda son dövrlər baş verən hadisələr ölkənin artıq geosiyasi seçim qarşısında olduğunu göstərir. Çünki Avropa İttifaqına yaxınlaşmaq Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə iqtisadi əlaqələr, enerji təhlükəsizliyi kimi vacib məsələ və Kreml ilə dialoq münasibətlərini gündəmə gətirir. Rəsmi Moskva da tez-tez Qərbə yaxınlaşma kursunu tənqid edərək, İrəvanı qaz qiyməti, ticarət, əmək miqrasiyası və Aİİ-də üzvlüyünün ləğvi və ya dondurulması kimi alətlərlə açıq şəkildə təhdid edir.

Aİİ-nin 20 oktyabr tarixində yayımlanan yeni məruzəsi qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Çünki Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın ittifaqda iştirakının dayandırılmasının (hələlik müvəqqəti) mümkün nəticələrini hesablayıblar. Sənəddə Ermənistanın Aİ-yə inteqrasiya addımlarının Aİİ maraqlarına təhdid yaratdığı və üzvlüyün dayandırılacağı təqdirdə İrəvanı ciddi iqtisadi zərbələrin gözlədiyi bildirilir. Məsələ dekabr ayında keçiriləcək iclasda gündəmə salına bilər. Bu, əslində Kremlin İrəvana birbaşa mesajı və açıq-aşkar seçim qarşısında qoymaq məsələsidir. Nikol Paşinyan da Rusiyadan asılılığı azaldaraq, iqtisadi asılılığı aradan qaldırmaq, siyasi manevr imkanlarını artırmaq istəyir. Amma bu, uzunmüddətli prosesdir və kifayət qədər maliyyə, yeni bazarlar, alternativ təchizat yolları kimi vacib faktorlar tələb edir. İrəvan manevr sahəsi axtarsa da, Rusiya mövcud iqtisadi əlaqələrin dəyişməsinin Ermənistan üçün nə qədər baha başa gələ biləcəyini açıq şəkildə göstərir.

Kremlin Ermənistan üzərində çox ciddi sahələr üzrə təzyiq aləti var ki, bunların başında enerji məsələsi gəlir. Ermənistan qazı əsasən Rusiyadan alır. Ölkənin qazpaylayıcı şirkəti də Rusiyanın “Qazprom” şirkətinin nəzarəti altındadır. May ayında Moskva açıq şəkildə bəyan etdi ki, Ermənistanın Aİ kursu ucuz Rusiya qazının alışı məsələsini riskə ata bilər. Təhdid bununla da bitmədi, Rusiya XİN-in nümayəndəsi də bəyan etdi ki, Aİ-yə yaxınlaşma kursu neft məhsulları və qazın alışı, almazın tədarükü ilə bağlı razılaşmaları sual altında qoya bilər. Yəni, Kreml üçün enerji əməkdaşlığı kommersiya yox, siyasi məsələdir. Kreml bilir ki, Ermənistanın Rusiya qazına alternativ təchizat mənbələri yaratması vaxt və maliyyə sərfiyyatı deməkdir. Dövlət borcu hər gün artan İrəvan üçün isə bu, arzuolunmaz ssenaridir. Qazın bahalaşması isə sənayedən tutmuş, gündəlik istehlaka kimi bütün sahələrə mənfi təsir göstərəcək.

Buna görə də, Aİİ-nin hesabatında Ermənistanın qurumda iştirakının dayandırılacağı təqdirdə hazırda min kubmetri üçün ödənilən 177.5 dolların 300 dolara qədər, yəni, 69 faizə qədər artması nəzərdə tutulur. Yəni, Moskva açıq-aşkar Avropa kursunun Ermənistana iqtisadi qiymətini rəqəmlərlə göstərir. Ermənistan üçün isə bu, enerji xərclərinin artması, sənayenin rəqabət qabiliyyətinin azalması və istehlalçıların narazılığı deməkdir.

Rusiyanın digər vacib təzyiq aləti də ticarətlə bağlıdır. Bir müddətdir Ermənistan mənşəli malların Rusiyaya ixracında ciddi problemlər yaranıb. Moskva müəyyən bəhanələrlə gül, balıq, konyak, ərik və digər kənd təsərrüfatı mallarının ixracına qadağa qoyub. İş o həddə çatıb ki, Baş nazir Nikol Paşinyan cari ilin iyul ayında Putinlə görüşündə məhdudiyyətlərin aradan qaldırılmasına kömək etməsini istəyib. Erməni hökuməti hər nə qədər də Avropa və digər alternativ bazarlar barədə danışsa da, ortadakı rəqəmlər hər şeyi deyir. Təkcə 2025-ci ildə Ermənistan Aİİ ölkələrinə 3, Rusiyaya isə 2.96 milyard dollarlıq mal ixrac edib. Avropa İttifaqına isə ümumi ixrac cəmi 600 milyon dollar təşkil edib. Əgər Kreml təzyiq rıçaqını daha sərt şəkildə işə salsa, bu, Ermənistan üçün çox ciddi problemlə çevrilə bilər. Deməli, Rusiya və Aİİ bazarına çıxışı itirmək Ermənistan üçün milyardları itirmək deməkdir. Ticarəti normallaşdırmaq üçün isə İrəvan Moskva ilə münasibətləri yumşaltmalıdır. Əks halda, alternativ bazarlara çıxış axtarmaq lazımdır. Bu da öz növbəsində uzunmüddətli və xərc aparan prosesdir.

Bu səbəbdən də Aİİ hesabatında göstərilir ki, Ermənistanın qurumda iştirakının dayandırılacağı təqdirdə ölkənin ümumi daxili məhsulunun 15,6 faiz azalacağı, inflyasiyanın 14,9 faiz bəndi yüksələcəyi və istehlakın 14,6 faiz azalacağı proqnozlaşdırılır. Bu proqnozların reallaşması isə təkcə ticarət dövriyyəsinin azalması demək deyil. Eyni zamanda Ermənistanda iqtisadi fəallıq azalacaq, istehlak minimuma enəcək və inflyasiya ciddi şəkildə artacaq. Belə vəziyyət isə onsuz da çətin vəziyyətdə olan Paşinyan hökumətinin üzərinə əlavə sosial-iqtisadi yük qoyacaq.

Aİİ-nin hesabatında yer alan və Ermənistan üçün vacib məsələ əmək miqrasiyası və pul köçürmələri ilə bağlıdır. Rusiyada yaşayan və çalışan Ermənistan vətəndaşlarının vətənə göndərdikləri pul ailələrinin dolanışığına və ölkəyə valyuta axınına təsir edir. Əgər Aİİ çərçivəsində əmək bazarına çıxışın şərtləri dəyişsə, əmək miqrasiyası və pul köçürmələri də zərbə altına düşə bilər.

Rəqəmlərə müraciət edək: Ermənistan Mərkəzi Bankının məlumatlarına görə, təkcə 2025-ci ildə Rusiyadan bank sistemi vasitəsilə fiziki şəxslərin hesabına köçürülən pulun məbləği 3.878 milyard dollardır. Aİİ hesabatına görə, bu məbləğ ilkin mərhələdə 1.8 milyard dollara qədər azala bilər. Bundan əlavə, əgər Rusiya əmək bazarına çıxış qaydalarını sərtləşdirsə, ermənilərin iş tapması, gəlir əldə etməsi və vətənə pul göndərməsi də xeyli çətinləşə bilər. Bu da avtomatik Ermənistanda yaşayan ailələrin gəlirlərinin azalması deməkdir. Eyni zamanda ölkəyə valyuta axınına da mənfi təsir edəcək. Ermənistan üçün isə bu asılılığı azaltmaq, alternativ əmək bazarları və gəlir mənbələri yaratmaq mümkünsüz görünür.

Aİİ hesabatı göstərir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu İrəvan geosiyasi seçim qarşısında çıxılmaz vəziyyətdə qalıb. Aİ seçimi ciddi iqtisadi itkilərlə müşayiət olunur ki, Ermənistan buna hazır deyil. Dekabr ayında Aİİ-də müzakirə ediləcək məsələ İrəvan üçün çox əhəmiyyətlidir. Qısacası, Aİİ hesabatı İrəvana bir mesajdır ki, Aİ-yə yaxınlaşmaq siyasi seçim yox, ciddi iqtisadi problemləri arxasınca gətirən bir prosesdir…(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah rayonlarda yağış yağacaq
Sonrakı: QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir

Bölmənin digər xəbərləri

6cfa4b76-74f1-39d8-a59v
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

Cavidan 19 Oktyabr, 2026
BVSpZcyrH8UTPC4Mpmn
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Cavidan 16 Oktyabr, 2026
OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 319)
  • Dünya (1. 087)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (240)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (442)
  • Texnologiya (23)

Xəbər Trendi

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb cMIBWynjoaCN5TuV 1
  • Cəmiyyət

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21 Oktyabr, 2026
Apple App Store-da oyun bazarını böyütmək istəyir Apple App Store-da oyun bazarını böyütmək istəyir 2
  • Texnologiya

Apple App Store-da oyun bazarını böyütmək istəyir

21 Oktyabr, 2026
QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir 3
  • Texnologiya

QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir

21 Oktyabr, 2026
Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları b86SiaX3ck9FqzFS0UOujv 4
  • Siyasət

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

21 Oktyabr, 2026
Sabah rayonlarda yağış yağacaq bDMKw8eEq6OhRqRq2 v 5
  • Cəmiyyət

Sabah rayonlarda yağış yağacaq

21 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3319) Dünya (1087) Gündəm (3469) Kateqoriyasızlar (240) Kriminal (302) Mədəniyyət (97) Siyasət (442) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 331
  • 221
  • 5. 126

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.