Skip to content
29 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
  • Cəmiyyət

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Bu barədə Baş
Cavidan 28 Sentyabr, 2026
HiRACLfRMHaNHqUvSv

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində 26-28 oktyabr tarixlərdə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak ediblər.

Tədbir çərçivəsində cinayətkarlığın yeni və inkişaf edən formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Sentyabrın 27-də Konqres çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ətraf mühitə təsir edən cinayətlərə qarşı mübarizədə qalib gəlmək: vədlərdən nəticələrə doğru” mövzusunda yüksək səviyyəli xüsusi tədbir keçirilib.

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin icraçı direktoru xanım Monica Juma, İNTERPOL-un direktoru Lucas Philippe, Fransa Respublikasının Ədliyyə naziri Gerard Darmanin və BƏƏ Daxili işlər nazirliyinin Baş İdarə rəisi xanım Dana Al Marzouqinin də panelçi qismində qatıldığı tədbirdə ətraf mühit sahəsində mütəşəkkil cinayətkarlıq və korrupsiya, vəhşi təbiətə qarşı cinayətlər, meşə cinayətləri, qanunsuz mədən hasilatı, tullantıların qanunsuz dövriyyəsi, çirklənmə və balıqçılıq sahəsində cinayətlərlə mübarizədə mövcud çağırışlar müzakirə edilib. Bu sahədə hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin, əməli əməkdaşlığın, qabaqcıl təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən Vüqar Əliyev ətraf mühitə təsir edən cinayətlərin transmilli xarakter daşıdığını qeyd edərək, bu növ cinayətkarlığa qarşı mübarizədə dövlətlər və beynəlxalq təşkilatlar arasında praktiki əməkdaşlığın genişləndirilməsinin, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və müasir texnologiyalardan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Tədbirin yekununda “Ətraf mühitə təsir edən cinayətlər üzrə Əbu-Dabi Fəaliyyətə Çağırışı 2026” təşəbbüsü təqdim olunub. Könüllü xarakter daşıyan təşəbbüs ətraf mühitə təsir edən cinayətlərin qarşısının alınması və onlara qarşı mübarizənin ortaq beynəlxalq prioritet kimi təşviq edilməsini, dövlətlər, beynəlxalq və regional təşkilatlar, hüquq-mühafizə orqanları və digər tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Post navigation

Previous: Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Next: Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

e4 va-6c5d0bacaa14_1200
  • Cəmiyyət

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Cavidan 28 Sentyabr, 2026
590230e4-e7a4-3b8b-9bv
  • Cəmiyyət

Sabah Azərbaycanda leysan olacaq – XƏBƏRDARLIQ

Cavidan 28 Sentyabr, 2026
ZWbmS3C274hFJtzOFvSZfQsj8v
  • Cəmiyyət

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Cavidan 28 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 177)
  • Dünya (1. 065)
  • Gündəm (3. 403)
  • İdman (243)
  • İqtisadiyyat (166)
  • Kateqoriyasızlar (225)
  • Kriminal (289)
  • Mədəniyyət (96)
  • Siyasət (422)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ e4 va-6c5d0bacaa14_1200 1
  • Cəmiyyət

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

28 Sentyabr, 2026
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər HiRACLfRMHaNHqUvSv 2
  • Cəmiyyət

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

28 Sentyabr, 2026
Ağsuda dağlıq ərazidə yanğın başlayıb x42kuyG2q4CJo2i7hFCGmQ8v 3
  • Kriminal

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

28 Sentyabr, 2026
Sabah Azərbaycanda leysan olacaq – XƏBƏRDARLIQ 590230e4-e7a4-3b8b-9bv 4
  • Cəmiyyət

Sabah Azərbaycanda leysan olacaq – XƏBƏRDARLIQ

28 Sentyabr, 2026
Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır ZWbmS3C274hFJtzOFvSZfQsj8v 5
  • Cəmiyyət

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

28 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3177) Dünya (1065) Gündəm (3403) Kateqoriyasızlar (225) Kriminal (289) Mədəniyyət (96) Siyasət (422) Texnologiya (15) İdman (243) İqtisadiyyat (166)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.