Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 064)
  • Dünya (3. 259)
  • Gündəm (11. 386)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Prezidentlə xanımı Tədris və Xidmət Kompleksinin açılışında – FOTOLAR

Cavidan 27 Yanvar, 2022

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

“Unikal” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbəbdən 2020-2021-ci illərdə Heydər Əliyev Fondun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub.

Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış oldular.

Bildirildi ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondu təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.

Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydançası da salınıb.

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.

Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

***

10:24

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezidentlə xanımı Tədris və Xidmət Kompleksinin açılışında- FOTOLAR

Continue Reading

Previous: Milli Məclisin İntizam komissiyası toplandı
Next: Əli Əsədov Kunio Mikuriya ilə görüşdü

Bölmənin digər xəbərləri

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq
  • Cəmiyyət

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026
İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır
  • Cəmiyyət

İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

12 Mart, 2026
UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək
  • Gündəm

UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək

12 Mart, 2026

Top 7 Xəbər

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 1

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026
İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 2

İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

12 Mart, 2026
XIII Qlobal Bakı Forumu başlayıb 3

XIII Qlobal Bakı Forumu başlayıb

12 Mart, 2026
UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək 4

UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək

12 Mart, 2026
İran Bəhreyndə yanacaq çənlərinə hücum edib 5

İran Bəhreyndə yanacaq çənlərinə hücum edib

12 Mart, 2026
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 6

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

11 Mart, 2026
Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 7

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 064)
  • Dünya (3. 259)
  • Gündəm (11. 386)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9064) Dünya (3259) Gündəm (11386) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 12 Mart, 2026
  • İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 12 Mart, 2026
  • XIII Qlobal Bakı Forumu başlayıb 12 Mart, 2026
  • UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək 12 Mart, 2026
  • İran Bəhreyndə yanacaq çənlərinə hücum edib 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.