Skip to content
7 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Kateqoriyasızlar

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Cavidan 21 Sentyabr, 2026
Screenshot_20260921_183230_com_android_chrome_ChromeTabbedActivity


Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.

Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Qərara əsasən, bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.

Qərar qəbul edildiyi tarixdən 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya “oynayan” rəsmi İrəvan – ŞƏRH
Sonrakı: Xəzər dənizində zəlzələ olub

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-11-06 162530
  • Kateqoriyasızlar

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub – YENİLƏNİB

Cavidan 6 Noyabr, 2026
1793944021_ima
  • Kateqoriyasızlar

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Cavidan 6 Noyabr, 2026
  • Kateqoriyasızlar

Yasamalın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Cavidan 2 Noyabr, 2026

Teqlər

A20 Pro Android AnTuTu API Apple Architecture of Trust AzInTelecom Azərbaycan biznes Business CyberEden Elcore Distribution elektron kitabxana Epic Games Store GPT-6.1 Terra informasiya təhlükəsizliyi iPad mini kibertəhlükəsizlik Lenovo maliyyə sektoru Microsoft Newsbeat Noutbuk Nutanix OLED OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 423)
  • Dünya (1. 119)
  • Gündəm (3. 512)
  • İdman (260)
  • İqtisadiyyat (177)
  • Kateqoriyasızlar (248)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (451)
  • Texnologiya (53)

Xəbər Trendi

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər nryXRnxxKb0XaRr01 v 1
  • Cəmiyyət

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

6 Noyabr, 2026
Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır 6aedd0c33d65d V0c33d65c 2
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

6 Noyabr, 2026
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq c308440a-1f65-3 v 3
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

6 Noyabr, 2026
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub – YENİLƏNİB Ekran şəkli 2026-11-06 162530 4
  • Kateqoriyasızlar

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub – YENİLƏNİB

6 Noyabr, 2026
Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb 6aedbdc87d6ae6ae v7d6ac6aedbdc87d6ad 5
  • Dünya

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

6 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3423) Dünya (1119) Gündəm (3512) Kateqoriyasızlar (248) Kriminal (311) Mədəniyyət (97) Siyasət (451) Texnologiya (53) İdman (260) İqtisadiyyat (177)

Sayt üzrə statistika

  • 0
  • 229
  • 188
  • 12. 186

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.